Yanukoviç Krımın işğalını necə hazırladı?

20.06.2014 - 14:39

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Valentin Nalivayçenko ölkənin xüsusi xidmət orqanlarında 2013-cü ilin dekabrından 2014-cü ilin fevralına kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yüksək çinli əməkdaşlarının işlədiklərini deyib.
Axar.az xəbər verir ki, Nalivayçenko bu barədə “Den” qəzetinə verdiyi açıqlamasında bildirib.
“Bu 3 ay ərzində bütün müasir silahlar, şəxsi işlər, arxivlər, peşəkar xüsusi xidmətdə yerləşirilənlərin hamısı Simferopola aparılıb.Ukrayna dövlətini qorumaq üçün yaradılmış hərbi birləşmələr son illər rus casusları ilə dolmuşdu və Maydanda insanları güllələməyi planlaşdırırdılar. Dövlətin müdafiəsi departamentinin rəhbərliyi, UTX-nin yüksək çinli generalları fevral ayında Kiyevin mərkəzindıə cinayət törətmək üçün gecə-gündüz plan cızırdılar”, – deyə Nalivayçenko bildirib.
UTX rəhbərinin sözlərinə görə, Rusiya rəhbərliyi Krımın birləşdirilməsi və bu gün Donbasda baş verənləri eks-prezident Viktor Yanukoviçlə birgə planlaşdırıblar.
“artıq mart ayında biz Luqansk və Donetsk vilayətlərində maliyyəsi, ideologiyası, hətta silah bazası olan separatçı təşkilatları müəyyən etdik. Muzdluları ələ alıb bizim ərazimizə göndərdilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31