Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi
Rusiya Federasiyasının Volqoqrad vilayətində azərbaycanlı biznesmen avtoritetlər tərəfindən güllələnib.
Hadisə 18 iyunda Jiqulev adlı topdansatış bazarında qeydə alınıb.
Həmin gün axşam saatlarında Volqoqrad xəstəxanalarının birinə odlu
silahdan açılan atəş nəticəsində yaralanan 31 yaşlı Zülfüqar Əsədov
yerləşdirilib. Həmin şəxs topdansatış məntəqəsinin işçisidir.
Araşdırmalar zamanı məlum olub ki, Zülfüqar Əsədov “Toyota” markalı
avtomobili ilə evə gedərkən “Audi” markalı avtomobil tərəfindən təqib
olunub. Evlərinə yaıxn ərazidə qəflətən həmin avtomobildən ona odlu
silahdan atəş açılıb. Zülfüqar Əsədov də həmin şəxslərə atəş açıb. Cavab
atəşi açıldıqdan sonra naməlum şəxslər gizləniblər. Hadisədən 2 saat
sonra onların avtomobilləri yanmış halda tapılıb. Bundan başqa, həmin
ərazidə biznesmenə “Kalaşnikov” silahından atılan güllələrin gilizləri
aşkar olunub.
Qeyd edək ki, Zülfüqar Əsədova ilk dəfə deyil ki, sui-qəsd edilir.
Ötən il də onu evinin qarşısında öldürmək istəyiblər. Onu naməlum
şəxslər güllələmişdilər. Ağır yaralanmağına baxmayaraq biznesmen özünü
polis idarəsinə çatdıra bilmişdi. Orada ona tibbi yardım göstərildikdən
sonra xəstəxanaya yerləşdirmişdilər.
Cinayəti araşdıran hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenə
sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin kimliyi məlum olub. Bu
Zülfüqar Əsədovun düşməni olan Məmməd Çopsiyevdir. O, bir neçə dəfə
biznesmeni öldürmək istəyib. Ötən il ona qarşı edilən sui-qəsd zamanı
isə əmioğlusu Ramiz Çopsiyev tutulmuşdu. Lakin Məmməd Çopsiyev
hüquq-mühafizə orqanalrından gizlənə bilmişdi.
Eyni zamanda bildirilir ki, Məmməd Çopsiyev kriminal aləmdə avtoritet
kimi tanınır. Zülfüqar Əsədov isə Volqoqraddakı topdansatış bazasında
meyvə-tərəvəz satışı ilə məşğuldur. Avtoritetlərlə biznesmeni mübahisəsi
də məhz bu səbəbdən yaranıb. Ehtimal olunur ki, mübahisə avtoritetlərlə
biznesmen arasında pul anlaşılmazlığından sonra yaranıb.
– See more at: http://axar.az/news/21636#sthash.8S8cBHxZ.dpuf
Short URL: http://www.cumhuriyyet.net/?p=8653