Azərbaycanda yeni toqqquşma hazırlanır

20.06.2014 - 15:42

İranın göndərdiyi emissarlar Bakıda Bəşər Əsəd üçün əsgər toplayırlar

 
Son zamanlar Azərbaycanda radikal dini ovqatın güclənməsi aşkar
surətdə hiss olunur. Deyəsən, daima ölkəmizə qarşı düşmən münasibətdə
olan kənar güclər də yaranmış situasiyadan öz xeyirlərinə istifadə
etməyə çalışırlar.
Bununla
bağlı bizə şok bir məlumat daxil olub. Mötəbər mənbədən
redaksiyamıza verilən informasiyaya görə, Azərbaycanda vəhabi
təhlükəsinin yerli əhalidə kifayət qədər qıcıq yaratması, habelə İŞİD
adlı vəhabi cinahının əhalisinin böyük əksəriyyəti şiə olan Azərbaycan
vətəndaşlarını da aşkar surətdə təhdid etməsi, habelə ayrı-ayrı vəhabi
üləmalarının şiələri aşağılayan fətvalarda bulunmaları maraqlı qüvvələr
üçün qızışdırıcı rolunun oynanmasında münbit zəmin yaradıb.
Mənbənin
dia.az-a söylədikləri: “Bu gün Azərbaycanda İrandan göndərilmiş xüsusi
qrup fəaliyət göstərir. Həmin qrup yerli əhalinin dini duyğuları ilə
oynamaqdadır və vəhabilərə qarşı aqressiya yaradaraq Azərbaycanda süni
şəkildə dini zəminli toqquşmanın yaradılması ilə görəvləndirilən İrandan
gəlmiş emissarlar artıq bir neçə nailiyyəti də əldə etmişlər”.
Mənbə
iddia edir ki, Saatlıda, Salyanda, Lənkəranda və digər bölgələrdə
xüsusi olaraq işləyən qrupun əsas hədəflərindən biri də Bakı
kəndləridir: “Əslində bu gün Suriyada Bəşər Əsəd tərəfindən döyüşən
qüvvələr də məhz bu qrupun fəaliyyəti ilə Azərbaycanda səfərbər
olunurlar. Onları təlimatlandıran iranlı emissarlar sonradan Bakı
kəndlərindən və digər bölgələrdən səfərbər etdikləri gənclərimizi İrana,
ardından da Türkiyə ərazisindən keçərək Suriyaya göndərirlər”.
Mənbəmiz
bildirir ki, bu gün həmin qrupun Azərbaycan daxilində də təhlükəli
planları var: “Təbii ki, bu qrupun nəhayətdə qarşısının alınması
gözlənilir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8656

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930