Eldar Əzizov paytaxt meri gətirilir

20.06.2014 - 16:28

Bakı meriyası uğrunda savaş bitir

Bakı meriyası uğrunda savaş bitir 
 
 
“Sumqayıtın şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu
günlərdə vəzifəsindən alınaraq Bakı şəhər icra hakimiyyətinin başçısı
postuna təyin olunacaq”. Bu barədə Nazirlər Kabinetindəki
mötəbər mənbə informasiya verib.
Xatırladaq
ki, çoxdandır həm BŞİH rəhbəri postunda dəyişikliyin olacağı anons
edilir, həm də Eldar Əzizovun Hacıbala Abutalıbovu əvəzləyəcəyi. Amma
Gəncə ŞİH-dən Sumqayıtın rəhbərliyinə gətirilən Eldar Əzizovun bu arzusu
gerçəkləşməmiş olaraq qalmaqda idi.
Məlumatlı
mənbənin dia.az-a söylədiyinə görə, artıq Sumqayıt şefi istəyinə çatmaq
üzərədir və hakimiyyətin üst düzəyində bu dəyişikliyə xeyir-dua
verilib.
Qeyd
edək ki, Eldar Əzizovla yanaşı, daha bir neçə nüfuzlu şəxs BŞİH
rəhbərliyi uğrunda mübarizə aparırdı. Onların sırasında hazırda Şirvana
rəhbərlik edən – Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Mərdan
Camalov da var.

Short URL: http://www.cumhuriyyet.net/?p=8657

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31