Ağstafada şərikli alverə girişənlər indi məhkəməlik olublar
Devrinnebzi.com-a müraciət edərək bildirib ki, 2012-ci ilin yay
aylarında Agstafa rayon Aşağı Göycəli kənd sakini Əliyev Aydın Hadı oğlu
ilə birlikdə alver etmək məqsədi ilə dəyəri 2616 manat olan 1616 yeşik
xurma yığdiq. Həmin yığdığımız məhsulun satışını Aydın Əliyev öz üzərinə
götürmüşdü.
Aydın
Əliyev isə bu malların satılıb pulunu Osmanov Tahir Tat oğluna
verəcəyini bildirmişdir. Bir müddətdən sonra Aydın Əliyev bu pulu
oəməkdən boyun qaçırır, nəticədə 2616 manat pul Osmanov Tahirin üzerinə
düşür. Osmanov Tahir bildirdi ki, 2616manat dəyərində olan, kəndlilərdən
yiğdığı məhsulun borcunu qaytarmaq üçün bankdan 1300 manat kredit
götürüb borcun bir qismini ödədim. Yaranan vəziyyətə görə Agstafa rayon
məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Agstafa rayon məhkəməsi
qətnamə çıxararaq qət etdi ki, Agstafa rayon Yuxarı Göycəli kəndində
anadan olmuş cavabdeh Əliyev Aydın Hadı oğlundan 2600 manat pul, Osmanov
Tahir Tat oğluna alınıb verilsin.
Cavabdeh
şəxs bu ödənişdən boyun qaçırdığı üçün Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən təqsirli
bilindiyinə görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada
500 manat cərimə edilmişdir. Bunlara aydinlıq gətirmək üçün Agstafa
rayon məhkəməsinin İcra Qrupunun məmuru Namik Telman oğlu Mansırovdan
müsahibə aldiq. İcra məmuru Namik Mansırov bildirdiki cavabdeh Aydın
Əliyev hal-hazırda iş yeri olmadığı üçün qalıq borcu hissə-hissə ödəyir
və onun 890-manat borcu qalib.
Mülkü
məcəllənin 1097.1-ci maddəsinə əsasən mülkü hüququ pozuntusu (delikt)
nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,
habelə hüququ şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi
zərərvuran tərəfindən tam ödənilməlidir. Əminik ki, Agstafa rayon
məhkəməsi, Agstafa rayon İcra Qrupunun məmurları zərərçəkən Osmanov
Tahir Tat oğlunun şikayətini tam təmin edəcəklər. Azərbaycan
Respublikasının Mülkü Prossesual Məcəlləsinin 216, 217, 223-cü
maddələrinə müvafiq olaraq cavabdeh Əliyev Aydın Hadı oğlundan qalıq
borcun alınıb Osmanov Tahir Tat oğluna verilməsini təmin edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8658