Əhməd Əhmədzadənin qohumu erməni imiş
Əhmədzadənin büdcədən meliorasiya və su təsərrüfatına ayrılan
milyonların bir sıra saxta MMC-lər vasitəsi ilə yuduğunu eşitmişdik.
Onlar bu əməliyyatlar zamanı erməni əsilli qohumlarına da pay ayırırlar.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) internet ünvanına maraqlı məlumat daxil olub.
Belə
ki, sənəddə 04 aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə
kapitalı cəmi 100 AZN olan “PROYEKT” MMC-nin təsisçiləri arasında Umarov
Nadir Osman oğlu və Əhmədzadə Cuma Əhməd oğlu olduğu görsənir.
Əhmədzadə Cuma Əhməd oğlu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
Ə.Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin
kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar
etdik ki, 1955- ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd
Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlısı isə odur ki, bu
Umarov Nadirin öz həyat yoldaşı isə erməni milliyətinə məxsus 1989-cu
ildə adını dəyişərək Fəridə olmuş Firadır. Maraqlısı isə odur ki, bu
Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü azərbaycanlı kimi
qələmə verib, ancaq ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport
qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il
hadisələri zamanı Avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə
vətəndaşlığından istifadə edərək Avropada da bir neçə müxtəlif adlı
firmalar açmışlar ki, bununla da həm özləri yararlanmış, həmçinin də
Azərbaycanın dövlət büdcəsinin qaymağını erməni əsillilərə
yedirtmişdilər. Umarov Nadirin özü və ailə üzvləri həmçinin ASC-nin ölü
canları sırasındadır.İşləməsələr də əmək haqqı alırlar.
Bu
məlumatı dəqiqləşdirmək üçün DİN-in Pasport və qeydiyyat idarəsi ilə
əlaqə saxlamaq mümkün olmadığı üçün məlumatla bağlı sorğu göndərmək
qərarına gəldik.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8659