Müstəqilliyimiz əlimizdən alınır?
Bakıda SSRİ təbliğ edirlir

Bakıda SSRİ təbliğ edirlir
neçə gündür ki, Bakının əksər dükanlarında üzərində “SSSR” yazılmış
dondurmalar satılır. Dondurmaları istehsal edən şirkət “S.A.B,A”dır.
Şirkətin məhsulu üzərində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi
ŞTQ, şimal-qərbi sözləri ünvan kimi göstərilib. Lakin bu mücərrəd
ünvanın harada yerləşdiyini müəyyənləşdirmək kifayət qədər çətindir.
Biləcəri qəsəbəsinin şimal-qərbindəki ünvanın harada yerləşməsindən
gedir. Şirkətin məhsulu üzərində göstərilən telefon nömrəsinə isə 3
saata yaxındır ki, cavab verən yoxdur. Bundan başqa gundeminfo.az-ın
əməkdaşları apardıqları araşdırma zamanı istehsalçı şirkətin məhsulları
üzərində göstərilən millennium.az saytına da daxil olublar. Lakin
dükanlarda kütləvi şəkildə satılan “SSSR” dondurmaları barədə rəsmi
saytda heç bir bilgi yoxdur. Şirkətin dövlət standartı olaraq AZS 228
2006 göstərilib. Lakin bu standartın nə zaman alınması barədə
apardığımız araşdırmalar hələ ki, yekunlaşmayıb.
ki, son zamanlar Bakıda SSSR ilə bağlı təbliğat aparanlar çoxalıblar.
Hətta bir qədər əvvəl Bakıda bir vətəndaş taksi kimi istifadə etdiyi
avtomobilin üzərinə də “SSSR” sözləri yazmışdı. Lakin mətbuatın
müdaxiləsindən sonra həmin avtomobil üzərindəki yazılar yığışdırıldı.
məlumatlara əsasən “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal
fəaliyyətinə başlayıb. Şirkətin təsisçiləri arasında Rusiya
vətəndaşlarının olduğu söylənilir. Və “S.A.B.A. şirkəti” MMC əsasən
Rusiyanın Dağıstan əraziləri ilə ticarət əlaqələri qurub. Mövzu ilə
bağlı araşdırmalarımız davam edir. (gundeminfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=8661