Suraxanı rayonunda infrastruktur talanı

20.06.2014 - 18:35

Bu dəqiqələrdə bizə daxil olan məlumata əsasən Suraxanı Rayon
İcra Hakimiyyətində Hesablama Palatasının əməkdaşları yoxlamalar
aparmağa başlayıblar. Daxil olan məlumata əsasən 2013-cü ildə büdcə
vəsaitlərinin istifadəsinə dair xərclərin auditi ilə bağlı başlanan
yoxlamaların nəticəsinə dair aktın hazırlanması yubanır. Məlumatı verən
mənbə iddia edir ki, büdcədən rayon ərazisində infrastrukturun
formalaşdırılması üçün ayrılan pulların təyinatı üzrə xərclənməsi
məqamlarında ciddi pozuntular ortaya çıxıb. İnformasiyaya əsasən ötən
ilin sonlarından başlayan audit tədbirləri hələ ki, yekunlaşmayıb.
Bildirilir ki, yekun aktın tərtib edilməməsi üçün icra başçısı İlqar
Abbasov zaman istəyib. Lakin 6 aya yaxın müddət keçməsinə baxmayaraq
Suraxanı İH-dən heç bir reaksiya gəlmədiyindən palata əməkdaşları
yoxlamaları yekunlaşdıraraq əlaqədar qurumlara təqdim etməyi
planlaşdırıblar. Qeyd edək ki, ilkin olaraq Suraxanıda aparılan
yoxlamalara dair məlumatlarımız var və yaxın günlərdə onları tam olaraq
diqqətinizə çatdıracağıq. Bu məlumatlar əsasən Mənzil Təsərrüfatlarının
idarəedilməsinə aiddir(gundeminfo.az).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031