Azad Rəhimovun Qaxdakı adamından ilginc şikayət
Bayramov Əlövsət: “İcra başçısı Şəkiliyev Musa Şaban oğlunun
gəlişindən sonra belimizə də daş qoyulub.Nə evdə pul qaldı, nə də
idarədə… Açığı, dilənçi vəziyyətinə düşmüşük”
İdarənin rəisi Bayramov Əlövsət gənclər siyasətinin əleyhinə gedir.
Hazırda Qax rayonu icra başçısı Şəkiliyev Musa gərgin
fəaliyyəti ilə günbəgün inkişaf etməkdədir. Burada regionların
sosial-iqtisadi inkişaf planına uyğun şəkildə aparılan abadlıq və
quruculuq işləri rayon ictimaiyyətinin ürəyincədir.
Artıq şəhərin mərkəzində bu proses hərtərəfli surətdə
layiqincə davam etdirilir. Rayonda görülən işlərdə idarə və müəssisə
rəhbərlərinin əməyini də xüsusilə qeyd etməmək olmaz. Yaşadıqları yurdun
daha da abad və yaraşıqlı görünməsi üçün onlar da ciddi səy
göstərirlər. Belə bir şəraitdə rayon Gənclər və İdman idarəsinin zəif
fəaliyyəti, idman və gənclərə laqeyd münasibət göstərilməsi bəzi
məsələləri şübhə altına salır.
Ölkədə 2013-cü il “İdman ili” elan olunsa da, Qax rayon
Gənclər və İdman İdarəsinin rəisi Bayramov Əlövsət Bayram oğlu
qımıldanmır.Yəni, tərpəniş qətiyyən hiss edilmir. Niyə?
Bir gənc kimi heç bir uğura imza atmadan, sabiq icra
başçılarından olmuş Cümşüd Musayevin dövründə köməkçi kimi işləmiş,
sonradan sözügedən idarəyə rəis təyin olunmuş Bayramov Əlövsət idarəni
ağlıkəsən kimi də Вёidarə edir”. ölkə başçısı cənab İlham Əliyev bu gün
gənclərə və idmana xüsusi dəyər verirsə, Qaxda belə susqunluq nə
deməkdir? Deyəsən, Bayramov Əlövsət dövlətin gənclər siyasətindən
qətiyyən xəbəri yoxdur. Onun yeganə amalı gənclər siyasətinə və
idmaçılara ayrılmış vəsaiti keçirilən tədbirlərin hesabına “silməkdir”.
Bunu Qaxda olarkən bizə söylədilər. Gənclər sonuncu dəfə kütləvi
tədbirin nədən ibarət olduğunu deyə və xatırlaya bilmədilərsə, başqa nə
deyək?
Təəssüflər ki, ölkə başçısı idmanın inkişafı üçün külli
miqdarda pul ayırdığı halda Bayramov Əlövsət idmançıların plunu
əməlli-başlı yoxa çıxarır. Məhz buna görə də Bayramov Əlövsət çalışır
ki, Qaxda gənclər ayıq-sayıq olmasınlar. Əks halda nəyi isə mənimsəyə
bilməz. İdarədə əmək intizamı yox dərəcəsindədir. “…İcra başçısı
Şəkiliyev Musa gəlişindən sonra belimizə də daş qoyulub. Nə evdə pul
qaldı, nə də idarədə Açığı, dilənçi vəziyyətinə düşmüşük” Düz bir həftə
daxil olan şikayəti araşdırmaq üçün rəisi yerində tapa bilmədim.
Bildiyim bu idi ki, rəisin idarəyə nə vaxt gedib-gəlməsini heç oradakı
işçilər də bilmir. Bütün günü şəxsi maşını ilə Qaxda sanki “yezda”
keçir. O, idarə ilə mobil telefonla əlaqə saxlayır.
Rayonda Əlövsət Bayramov haqqında bizə daxil olan
şikayətlərlə maraqlanmaq üçün idarəyə ötən həftə də təkrar 2-3 gün ayaq
döydük. Nə vaxt soruşduqsa, “bilmirik, deyilənə görə tədbirdədir”
söylədilər, üstəlik gülümsədilər də…
Həmin günlərdən sonra onu tapacağımızın müşkül olduğunu
bilərək rəislə telefon əlaqəsi yaratdıq. Ona verilən bütün sualları belə
cavablandırdı: “İcra başçısı Şəkiliyev Musa gəlişi rayonda inkişafı
sürətləndirdisə, belimizə də daş qoydu. Nə evdə pul qaldı, nə də
idarədə. Hər dəqiqə icradan pul istəyirlər. Açığı, dilənçi vəziyyətinə
düşmüşük.
Bizi idarədə də oturmağa qoymurlar”.
Bəli, Əlövsət Bayramov dedi, biz də inandıq… Rayonda
görülən işə gənclər və idman idarəsinin rəisi belə kölgə salırsa,
görəsən, başqaları nə fikirdə olar?
Öyrəndik ki, bunlar Əlövsət Bayramov işə səhlankarlığı,
gənclər arasında apardığı siyasətsizliyi və neçə illərdir bu idarədə
“doymuş məhlula” çevrilməyinin nəticəsidir. Əlövsət Bayramovun dediyi
sözlər eyni zamanda bir daha onun idmana və gənclərə göstərdiyi
biganəliyin ifadəsi kimi qiymətləndirilməlidir.Elə bununla bağlı olaraq
məsələni diqqətimizdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!(tia.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=8663