ABŞ Bakıda antiRusiya cəbhəsi açır

20.06.2014 - 18:42

 
 
 
 

ATƏT-in Bakıda keçirləcək 23-cü sessiyasında  Rusiyaya qarşı qətnamə
qəbul edilə bilər. Modern.az saytı xəbər verir ki, sessiyada müzakirə
olunmaq üçün ABŞ gözlənilməz təklifə çıxış edib. ATƏT iyunun 28-də
Azərbaycanda öz işinə başlayacaq illik toplantısında ABŞ senatoru
Bencamin Kardinin Rusiyanın Ukraynaya qarşı apardığı siyasəti ittiham
edən qətnamə layihəsini sessiyasının gündəliyinə daxil edib. Amerikalı
senator ATƏT-in Bakı iclasında Rusiyanı 1975-ci ildə qəbul edilmiş
Helsinki sazişininin prinsiplərini pozamqda ittiham edən qətnamə
layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın
Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.

Qətnamə layihəsinin rəsmi adı “Rusiya
Federasiyası tərəfindən Helsinki prinsiplərinin növbəti dəfə kobud
pozulması” adlanır. Sənəddə “süverenlik hüququna hörmət”, “güc
tətbiqinin yolverilməzliyi”, “ölkənin ərazi bütövlüyünün tanınması,
mübahisələrin dinc yolla tənzimlənməsi, ölkənin daxili işlərinə
qarışmamaq və insan haqlarına hörmət” tezisləri əks olunub.

Qətnamə layihəsində ATƏT üzvlərinə
Krımda keçirlimiş referendumun qeyri-legitimliyinin tanınması və bu
anneksiyaya etiraz, buna görə ATƏT-in Rusiyanı  ittiham etməsi tələb
olunur. Sənəd ATƏT-in Bakıda keçirləcək 23-cü sessiyasında səsverməyə
çıxarılacaq.

Xatırladaq ki, sessiyada iştirak etmək
üçün Rusiya Dövlət Dumasının sədri Narışkinin rəhbərliyi ilə böyük
nümayəndə heyəti Azərbaycana gələcək.

Moskva bu qətnamə layihəsindən ciddi
narahatlığını ifadə edib. Rusiyanın ATƏT-dəki fövqəladə və səlahiyyətli
səfiri Vasili Lixaçov bu sənədi “yalançı və qeyri-obyektiv” adlandırıb.  

“Bu qətanmə layihəsi ilə ATƏT müstəvisində antiRusiya internasionalı
yaratmaq istəyirlər. Hazırda üzv ölkələrlə bu barədə danışıqlar
gedir”-deyə Lixaçov vurğulayıb. Səfir etiraf edib ki, Bakıdakı iclasda
Rusiya nümayəndə heyətini çox çətin vəzifə gözləyir: 

“Ruslar ATƏT üzvlərinin Rusiya əleyhinə çıxışına qarşı mübarizə aparmalı olacaqlar”.

Xatırladaq ki, ATƏT-in Parlament
Assambleyasının Bakıda keçiriləcək illik iclasının tarixi müəyyənləşib.
Modern.az-ın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə,
illik iclas 2014-ci ilin iyun ayının 28-dən iyul ayının 2-dək davam
edəcək. Qeyd edək ki, illik iclasın Bakıda təşkil olunması üçün
Azərbaycan tərəfi təşəbbüs göstərib və bu barədə bir müddət öncə ATƏT
PA-ya yazılı müraciət olunub.

 

 

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31