Azərbaycanlı şiələr İŞİD-lə savaşa hazırlaşırlar

20.06.2014 - 18:52

Xəbər verildiyi kimi, Suriyada ən
radikal müxalif qruplaşma kimi tanınan “İraq-Şam İslam Dövləti” (İŞİD)
İraqda bir sıra ərazilərə nəzarəti ələ keçirib. 

 

Hər gün gələn xəbərlərdə yüzlərlə insanın öldürüldüyü və yaralandığı deyilir. 

 

İraq hökumətinin İŞİD qüvvələri ilə bacara bilməməsi, döyüşlərdə
ağır itkilər verməsi və eyni zamanda bir sıra region dövlətlərinin
bilərəkdən məsələyə məzhəb savaşı donu geydirməsi prosesləri daha da
mürəkkəbləşdirir. İŞİD-in yayılan xəritəsində Türkiyə və Azərbaycanın da
olması təhlükənin yaxında olduğu deməyə əsas verir. İŞİD-in terror
əsdirməsi gözlə görünsə də, İŞİD-in arxasında olan əlləri gözlə görmək
olmur. Həmin əllərin bu ixtilafı məzhəb savaşına döndərmək cəhdləri
uğursuzluqla nəticələnir. Sünni və şiə məzhəbləri arasında çaxnaşma
yaratmaq istəkləri baş tutmur. 

 

Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Azərbaycanın dini
aktivliyin yüksək olduğu rayonlarında yaşayan şiələr İŞİD-ə qarşı
döyüşlərə hazırlaşır. Onlar şiə müctəhidlərinin fətvasını gözləyirlər.
Aldığımız bəzi məlumatlarda isə deyilir ki, 100-ə yaxın azərbaycanlı
İŞİD qruplaşmasına qarşı savaşmaq üçün İraqa yollanıb. İranın dini
lideri Xamneyinin tərəfdarları isə ondan cihad fətvası gözləyirlər. 

 

Belə bir fətvanın olacağı təqdirdə azərbaycanlı şiələrin döyüşmək
üçün İraqa getməsi nə qədər doğrudur? Bu məsələni aydınlaşdırmaq üçün
dini ekspert Kənan Rövşənoğluya müraciət etdik.

K.Rövşənoğlunun sözlərinə görə, İraqda iri şəhərlərə İŞİD
terrorçularının hücumundan sonra dinc əhalinin və İslam dininə görə
müqəddəs ziyarətgahlara təhlükə yaranmasını əsas gətirərək əvvəlcə
ayətullah Sistani, daha sonra digər alimlər və eləcə də İraq sünni
alimlər təşkilatı cihad fətvası verib: “Ancaq nüfuzlu şiə müctəhidi
ayətullah Sistaninin fətvası daha çox müzakirə olunur. Bu cihad fətvası
“cihad difa”, yəni müdafiə cihadıdır. İslama görə, alimlər yalnız
müdafiə məqsədli cihad fətvası verə bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda olan müsəlmanların
Sistaninin fətvasına əsasən İraqa getməsi real deyil: “Ayətullah
Sistaninin fətvası fərz-kifayi hökmündədir. Yəni bu fətvaya əsasən
savaşa qatılmaq, yalnız savaş üçün kifayət edəcək şəxslər qatılarsa
digər müsəlmanlar üçün vacib sayılmır. Yəni İraqda terrorçulara qarşı
savaşmaq üçün 100 min insan kifayət edərsə, digər insanlara artıq bu
hökm vacib deyil. Eyni zamanda fətvada terrora qarşı savaşanlara kömək
edilməsi şərti var. Bu mənada Azərbaycandan və ya digər ölkələrdən
müsəlmanların Sistaninin fətvasına əsasən İraqa getməsi real deyil. Dini
baxımdan fətva bunu tələb etmir. Seyid Əli Xamneyinin tərəfdarlarının
ondan fətva gözləməsinə gəldikdə isə onu deyə bilərəm ki, hələ ki, belə
bir fətva verilməyib. Əgər Xamneyi şiələrin İraqa gedərək döyüşməsi
fətvasını verərsə, o zaman bu mümkün ola bilər”.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=8666

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31