Tahir Kərimovun “Salyan məcaraları”
Salyanın icra başçısı haqda şok ittihamlar: sahibkarlar “qan ağlayır”
Salyanın icra başçısı haqda şok ittihamlar: sahibkarlar “qan ağlayır”
Ölkə mətbuatında ayrı-ayrı icra başçılarının rəhbərlik
etdiyi rayonlarda özləri və yaxınları üçün geniş imkanlar tanıdığı,
biznes şəbəkələrinə sahiblənməsi haqda çox yazılıb. Bir qayda olaraq
yerlərdə prezidentin səlahiyyətli nümayəndəsi kimi dövlət qulluğu ilə
məşğul olmalı olan icra başçılarının əksəriyyəti əslində qanunsuz
bizneslə məşğuldur.
Bizim elektron ünvanına Salyan rayonundan daxil olan
şikayətdə isə adıçəkilən rayonun icra başçısı Tahir Kərimovun da bu
baxımdan istisna təşkil etmədiyi vurğulanır. Həmin məlumatlarda Tahir
Kərimova qarşı bir sıra ittihamlar irəli sürülür, onun rayonda yüz
hektarlarla əkin sahəsini ələ keçirdiyi, Muğanda min hektarlıq ərazidə
fermer təsərrüfatı yaratdığı, balıqçılıq təsərrüfatlarından hər hektara
görə 350 manat “vergi” tələb etdiyi və sairə bildirilir.
Məlumatda bildirilir ki, icra başçılarının yerli balıqçılıq
təsərrüfatlarına qarşı “səlib yürüşü” təşkil etməsinin əsas məqsədi bu
gəlirli sektoru inhisarına almaq istəyindən irəli gəlir: “Tahir Kərimov
balıqçılıq sektoruna yad hesab olunmamalıdır. O, icra başçısı
təyinatından öncə fövqəladə hallar naziri Kamaləddin Heydərova məxsus
olduğu deyilən “Caspian-Fish” balıqçılıq təsərrüfatında director
işləyib. Bunu xatırlatmaqda məqsədimiz Tahir Kərimovun bu işi və işin
rentabelli olmasını yaxşı bilməsidir. Odur ki, Salyanda fəaliyyət
göstərən balıqçılıq təsərrüfatlarına qarşı qanunsuz yoxlamalar təşkil
etdirir və min-bir bəhanə ilə həmin təsərrüfatların bağlanmasına nail
olmağa çalışır. Bələdiyyələri bu işdə qabağa salan icra başçısı onların
əli ilə həmin təsərrüfatların fəaliyyətini iflic etməyə çalışır.
Deyirlər ki, guya həmin təsərrüfatlar qanunsuz fəaliyyət göstərir, amma
biz həmin təsərrüfatlar necə qanunsuz fəaliyyət göstərir ki, onlar həm
bələdiyyələrə, həm də digər dövlət qurumlarına ödəmələrini
vaxtlı-vaxtında ödəyirlər? Bütün bunlar sadəcə olaraq icra başçısının
təzyiq üsullarıdır”.
Daha bir informasiya da isə iddia olunur ki, Salyan RİH başçısı Tahir Kərimovun rayon ərazisində əvvəllər ayrı-ayrı rayon sakinlərinin istifadəsində olan 500 hektara yaxın ərazini qanunsuz
olaraq ələ keçirib. İcra başçısının hazırda həmin ərazilərdə
əkinçiliklə məşğul olduğu bildirilir. İcra başçısının eyni zamanda Muğan
düzündə hektarlarla ərazidə özü üçün böyük fermer təsərrüfatı
yaratdığı, həmin təsərrüfatda minlərlə baş iri və xırda buynuzlu
heyvanın saxlandığı bildirilir.
Bizə müraciət edən və bəlli səbəblər üzündən adının
açıqlanmasını istəməyən şikayətçilərin sözlərinə görə onlar
qarşılaşdıqları haqsızlıqlarla bağlı dəfələrlə müvafiq dövlət
orqanlarına şikayət də ünvanlayıblar: “Amma bunların hələ ki heç bir
faydası olmayıb. Tahir Kərimov günü bu gün də istədiyin edir. O, çox
nüfuzlu bir nazirin adından istifadə edərək, arxasında ONUN dayandığı
görüntüsünü yaradır”.
Sonda bildirək ki, Tahir Kərimovun Bakıda güvəndiyi nazirin
adı bizə məlumdur və onun kimliyini növbəti yazılarımızda qeyd edəcəyik(savash.org).
Short URL: http://www.cumhuriyyet.net/?p=8669