Hacıqabulda büdcə pulları yollarda necə talanır

20.06.2014 - 19:56

Ölkə başçısı İlham Əliyevin birbaşa nəzarəti altında regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası davam etdirilir. Ölkə
ərazisindəki rayonlar abadlaşdırılır, yeni-yeni infrastruktur layihələr
həyata keçirilir. Bir sözlə, regionlarımızda vətəndaşların yaşayışının
yaxşılaşdırlması istiqamətində ciddi işlər görülür. Bu Azərbaycanın və
azərbaycanlıların böyük uğurudur, inkişafının göstəricisidir.

Bəs, bu proqram çərcivəsində bəzi rayonlarda aparılan
quruculuq-abadlıq işlərini qənaətbəxş hesab etmək olarmı? Rayona
təmir-tikinti üçün ayrılan maliyyə vəsaitinin başqa istiqaməıtlərə
xərclənməsi və yaxud yuyulması nə qədər doğru haldır? Bu əməllərə imza
atan rayon rəhbərləri nə düşünür? Onlar dövlət əmlakını mənimsədikləri
üçün heç narahat olmurlarmı?

Bizimxeber.az-a daxil olan məlumatlarda kifayət qədər ciddi faktlar yer alır.

Məsələn, Hacıqabul rayonundan redaksiyaya daxil olan məlumatda qeyd
olunur ki, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə
yaxın bir şirkətə həvalə edib ki, nəticədə dövlətdən ayrılan yüzminlərlə
manat vəsait mənimsənilib.

Bildirilir ki, rayonun bəzi yollarının təmiri üçün “Muğan-1” adlı
müassisənin hesabına 500 manat vəsait köçürülüb.İcra başçısının
köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə
yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm
göstərilsə də, Əhməd Muxtarovun nəzarətiondəki firma bu qalınlığı 4-5
sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya
qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb.

Əslində, söhbət yeyintidən getmir. Bu kimi hallar, yəni dünən təmir
olunub bu gün dağılan yolun bu vəziyyətə düşməsi vətəndaşların gözündə
dövləti aşağılayır. Adi kəndlinin ” baxın, bu yalançı yolları çəkirlər,
sabah dağılır” kimi fikirlərini ortaya çıxarır. Əslində isə, dövlət
yolun normal və standartlara uyğun çəkilməsi üçün kifayət qədər vəsait
ayırır. Hansı ki, yerlərdəki məmurlar bu pulu mənimsəyib dövlətin gücünü
vətəndaşın gözündə aşağılayırlar.

Bu kimi hallarda söhbət kiminsə yolun təmiri üçün ayrılan vəsaitdən
5-10 və ya 100-200 min manat məmimsəməsindən yox, dövlətin gücünü
vətəndaşın gözündə heçə endirməkdən gedir. Axı, hər bir icra başçısı,
eləcə də, Əhməd Muxtarov rayona təyin olunan zaman ölkə başçısı İlham
Əliyevə söz verib. Söz verib ki, rayonda sabitlik, inkişaf və
vətəndaşların yaşaması üçün ciddi imkanlar yaradacaq, əlindən gələni
edəcək. Elə isə, yolu 5 sm nazikləşdirməklə pul mənmsəmək verilən sözə
nə qədər əməl etməyi göstərir.

Daha bir məlumat. Bildirilir ki, Əhməd Muxtarov kənd yollarından
başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə
həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə
2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin
gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin
verildiyini bildirir.

Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm
qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza
halalrınınm çoxalmasıdır.

Təsəvvür edin. Bu o demək dir ki, Əhməd Muxtarov “İnşaatçı-S” MMC-nin
rəhbərliyinə müxtəlif yollarla təsir edib ki, bu pulu alsın. Alıb da.
Sonra da yaranan problemə görə, məsuliyyət “İnşaatçı-S” MMC-nin
rəhbərliyinin üzərində qalır. Binaların görünən tərəflərini təmir edib,
arxasındakı zibilliyi, üfunəti gizlətməklə Əhməd Muxtarov kimi aldadır?
İnsanların gözü zatən tərəzidir. Binanın təmirli tərəfini göstərmək
asandır, Əhməd Muxtarov.

Lazım gəldikdə Əhməd Muxratov deyir ki, yolu biz yox, filan MMC təmir edib… Bir sözlə, heç kim keç kimin kitabını oxumur…

Yeri gəlmişkən eyni hal, hazırda Lerik rayonunda da baş verir.
Təsəvvür edin ki, Lerik rayonunun icra başçısı Rövşən Bağırov Lerikin
dag kəndlərinə dövlət vəsaiti hesabına yol çəkən podratçı şirkətin
İbrahim adlı sahibi ilə yola getmir. İcra başçısı dəfələrlə işin
dayanması üçün göstəriçş verib, müxtəlif təzyiqlər edir ki, ayrılan
pulun 15 faizini ona versinler. Qeyd edək ki, İbrahim “Azəryolservis”
MMC-nin rəhbəri Caviud Qurbanovun yaxın adamıdır deyə bu yolun çəklişini
ona həvalə ediblər. Bu barədə geniş məlumat verəcəyik.

Qayıdaq Hacıqabula…

Məlumatda qeyd olunur ki, Əhməd Muxtarovun tikinti yol təmiri
maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisində
heyvandarlıq təsərrüfatları və əkinçilik sahələri var. Rayonun
Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət
torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətindədir.

Bax əsl paradox buradadır. 5 min hektar münbit ərazisidə nələr etmək
olar? Bu əraziləri niyə insanlara, kənd sakinlərinə vermirlər? Niyə
onlar üçün şərait yaradılmır ki, əkin, becərin…

Bir sözlə, Hacıqabul Əhməd Muxtarovfun gözündə nə qədər şəffafdırsa,
rayon sakinlərinin gözündə bir o qədər bulanıq və qaranlıqdır. Təbii ki,
pulu, 5 min hektara yaxın yararlı dövlət torpaqları olan icra başçısı
Hacıqabulu şəffav görməlidir. Əslində isə, Hacıqabulun və
hacıqabulluların yeni icra başçıçına ehtiyacı var.

Geniş folarlarda aydın görünə biləcək Hacıqabulu yaxın günlərdə sizə təqdim edəcəyik…

Bizi izləyin…

Short URL: http://www.cumhuriyyet.net/?p=8670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31