MTN əməliyyat keçirdi
Bu dəqiqələrdə Daxili İşlər Nazirliyi və
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu
Badamdar qəsəbəsində əməliyyat keçirir.
AzNews.az-a daxil
olan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00
radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi
ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub
20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı
tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı
məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də
xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən nəzarətə alınıb.
Xatırladaq ki, bu gün Daxili İşlər
Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə
yerləşən “Ləzgi məscidi” kimi tanınan məsciddə əməliyyat keçirdiyinə
dair də xəbərlər yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8671