Vəzifəyə təyin olunanlar ciddi yoxlanılacaq

20.06.2014 - 20:15

Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və
ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi
qeyd edilib

Azərbaycanda “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında”
qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. 

“Qafqazinfo” xəbər
verir ki, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və
əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini “Dövlət sirri
haqqında” qanuna uyğunlaşdırmaqdır. “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə
əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar,
sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə
yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası
qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda olan
həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən
məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq
şəxslərin öyrənilməsi qeyd olunub. 

“Əməliyyat-axtarış fəaliyyəti
haqqında” qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz
qulluq mövqeynə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən
işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri
haqqında” qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud
qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi
icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib. 

Eyni
zamanda ” Dövlət sirri” haqqında qanuna da aşağıdakı kimi dəyişiklik
edilib. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və
məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri
prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu,
digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama
tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən
orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla təsdiq edilir: “Vəzifəli şəxsin və vətəndaşın ona
etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə
dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan
əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata
keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə
buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə
təyin edilməsinə yol verilmir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8672

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031