İnternet azadlığı və “onlayn məhbuslar”

20.06.2014 - 20:18

“Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib edilmir və
Azərbaycanda internet azaddır, heç bir məhdudiyyət yoxdur, əhalinin 70
faizi internetdən istifadə edir.” Dövlət başçısı İlham Əliyevin ən çox
səsləndirdiyi fikirlərdən biridir. O, bu sözləri demokratiya, insan
hüquqları, media azadlığı ilə bağlı xarici jurnalistlərin suallarını
cavablandırarkən deyir.
Cari
ilin mayın 1-də ABŞ-ın Freedom House” Mətbuat Azadlığı 2014″ adlı illik
hesabatını açıqlayıb. Azərbaycanda onsuz da məhdud olan media
azadlığının daha da pisləşdiyi qeyd olunur. Bildirilir ki, “azad olmayan
ölkələr” kateqoriyasında qalan Azərbaycanda hakimiyyət jurnalistlərin
və bloqerlərin fəaliyyətinin izlənməsini genişləndirib, internetdə ifadə
azadlığı sıxışdırılmaqda davam edib. Hakimiyyət nümayəndələri bu
təşkilatın hazırladığı hesabatı qərəzli, qeyri-obyektiv, anormal,
reallıqdan uzaq adlandırır.
Qeyd edək ki, 2013-cü ildə ölkədə “İKT ili” elan olunub və həmin il Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb.
Azərbaycanda
fəaliyyət göstərən əsas provayder – Delta Telekom beynəlxalq internet
trafikinin 90%-dən çoxuna nəzarət edir. İkinci provayder Azertelekom-un
bazarda xüsusi çəkisi çox aşağıdır. Ölkədəki servis provayderlərin sayı
40-dan artıqdır.
Provayderlərin
əksəriyyəti de yure özəl olsalar da, faktiki hökumətin və ya hökumətə
bağlı qurum və şəxslərin nəzarəti altındadır. Regionlarda internet
təchizatı əsassən dövlət provayderi olan Aztelekom tərəfindən həyata
keçirilir.
Azərbaycanda
internetdə xüsusi fəallığı ilə seçilən gənclər həbsdədir. Onlara
qarşı irəli sürülən rəsmi ittihamlarda əsasən başqa maddələr tətbiq
olunur.
Rəşad
Ramazanov Cinayət Məcəlləsinin böyük miqdarda qanunsuz narkotik
saxlamaq və satmaq maddəsi ilə təqsirli bilərək, 9 il müddətinə
azadlıqdan məhrum edib. Ramazanov ittihamı rədd edib və Facebook sosial
şəbəkəsində tənqidi yazılarına görə siyasi motivlərlə təqib olunduğunu
bildirib. O, öz facebook səhifəsində din, azadlıq və ədalət mövzularında
statuslar və məqalələr yerləşdirirdi.
Xüsusən,
İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli
sürülməsini tənqid edən fikirlər paylaşıb. Ramazanov Amnesty
International təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb.
Əbdül
Əbilov da keçən ilin noyabrında həbs olunub. O da Ramazanov kimi,
külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur.
Əbilov “Facebook” da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub.
Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
Elsevər
Mürsəlli ötən ilin oktyabrında saxlanıb. Ona külli miqdarda narkotik
saxlama, daşıma, satma maddəsilə ittiham irəli sürülüb və 5 il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Elsevər prezident seçkisi
ərəfəsində Facebook-da aktiv şəkildə fəaliyyətə başlayıb, hakimiyyət
əleyhinə sərt tənqidi statuslar paylaşıb, o cümlədən əksər müxalif
qüvvələrin vahid namzədi kimi olmuş Cəmil Həsənliyə dəstək verən mövqe
nümayiş etdirib, onun seçki təşviqat materiallarını sosial şəbəkələrdə
yaymağa başlayıb.
İyunun
18-də dövlət ittihamçısı sosial şəbəkə fəalı Ömər Məmmədova 5 il həbs
cəzası istədi. O da narkotik ittihamı ilə təqsirli bilinir. O,
Facebook-da “AzTv-dən seçmələr”səhifəsinin administratoru olub. Bu
səhifədə hakimiyyətin əleyhinə karikaturalar, kollajlar, şərhlər yer
alırdı.
Qeyd
edək ki, ötən il mayın 14-də Azərbaycan parlamenti (Milli Məclis)
Cinayət Məcəlləsinə böhtan və təhqir maddələrinə dəyişiklikləri qəbul
edib.
Belə
ki, internetdə böhtan yaymağa görə 4 cür cəza müəyyənləşdirilib:
100-500 manat cərimə və ya 240 saatadək ictimai işlər, yaxud 1 ilədək
islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə. Paralel olaraq,
İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Belə ki, inzibati
həbs müddəti 15 gündən 3 ayadək artırılıb.(cumhuriyyet.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=8673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31