Rusiyada azərbaycanlıları ələ salan adam İlham Əliyevə “elçi” gəlib
Roqozin rəsmi səfərlə Azərbaycana gəldi. Vladimir Putin Azərbaycanı
Avrasiya İttifaqına salmaqdan ötrü bir-bir elçiərini Azərbaycana
göndərir.
Dimitri
Roqozinin başçılıq etdiyi nümayəndə heyəti prezident İlham Əliyevlə
görüşüb. Rəsmi məlumatlarda görüşün mövzusunun Azərbaycanla Rusiya
arasındakı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişafı barədə
olduğu bildirilir. İlham Əliyev hərbi-texniki sahədə konstruktiv
əməkdaşlığın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr
verdiyini və yaxşı perspektivlərə malik olduğunu deyib. Dövlət başçısı
D.Roqozinin eyni zamanda Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri
kimi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi
işinə verdiyi töhfəni qeyd edib.
Dmitri
Roqozin Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə
hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın bundan sonra da
genişlənəcəyinə əminliyini ifadə edib, Rusiya-Azərbaycan birgə
komissiyasının həmsədri kimi bu istiqamətdə səylərini əsirgəməyəcəyini
deyib.
Rusiya-Azərbaycan
birgə komissiyasının həmsədri ilə İlham Əliyev arasında gedən nəzakət
dolu diplomatik dialoq Dimitri Roqozinin bir neçə il əvvəl seçki
kampaniyası zamanı çəkdirdiyi video çarxı yada salır.
Roqozinin
2005-ci il Moskva şəhər dumasına seçkilər zamanı kampaniyasının əsas
reklamı olan video çarx onu seçki kampaniyasından uzaqlaşmaq təhlükəsi
ilə üz-üzə qoydu. Belə ki, opponentləri Dmitri Roqozini
millətlərarasında nifaq salmaqda ittiham edərək onun kampaniyadan
uzaqlaşdırılması tələbi ilə seçki komissiyasına müraciət etmişdilər.
Nəticədə Moskva seçki komissiyası bu çarxı millətlərarasında nifaq
salmağa yönəlik təbliğat vasitəsi kimi qəbul edərək onun kampaniyada
istifadəsinə qadağa qoydu.
“Moskvanı
zibildən təmizləyək” şüarı ilə hazırlanan reklam çarxının məzmunu belə
idi. “Rodina” partiyasının lideri Dmitri Roqozin və Duma deputatlığına
namizəd general-mayor Yuriy Popov çarxın qəhrəmanları obrazında çıxış
edirlər. Siyasətçilər dörd qafqazlıdan yerə atılmış qarpız qabıqlarını
təmizləməyi tələb edirlər. Roqozin sərt səslə deyir: “Qalx! Arxanca
təmizlə!” Popov isə onlardan birinə sual verir: “Sən, rus dilini başa
düşürsən?” Rolik bu sətirlərlə bitir: “Moskvanı zibildən təmizləyək”.
Roqozinin
bu reklam çarxını birbaşa azərbaycanlılara ünvanlamışdı. Çünki Moskvada
qarpız satan kimi azərbaycanlılar tanınır. Arxa fondakı tam başa
düşülməyən Qafqaz musiqisi və azərbaycanlı aksenti ilə sınıq rus
dilindəki sözlər də bunu təsdiq edir.
İndi belə bir adam millətləri bir çatı altına yığmaq üçün elçi sifətində Azərbaycana göndərilib.(cumhuriyyet.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=8678