Aydın Bəşirov yenidən qorxuya düşdü
Prezidentin
sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin
sabiq rəisi Aydın Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”)
baş həkimi Məhəmməd Ramazanovun vəzifəsindən azad olunmasına münasibət
bildirib.
A.Bəşirov sözügedən hadisədən xəbərsiz olduğunu
söyləyib: “Onu tanıyıram, “Tərəqqi” medalı da alıb. Yaxşı həkim olub.
Oğlu da yaxşı həkimdir. Mən ona həmişə “Mamed” deyirdim. O çoxdandır ki,
orada işləyirdi. Bildiyim qədər o yeni yaradılan qurumda müavin
qalmışdı”.
A.Bəşirov Məhəmməd Ramazanovun onun kadrı hesab olunması
məsələsinə də aydınlıq gətirib: “Məmməd Ramazanov 20 ilə yaxındır ki,
orada işləyib. Məgər mən Tibb Universitetinin rektoruyam ki, o da mənim
kadrım olsun? O neçə illərdir ki, orada işləyib. Məmməd yaxşı işçi idi,
oğlu da yaxşı həkimdir. Oğluna işə də mən götürmüşəm”.
Xatırladaq ki,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş
həkiminin işdən çıxarılması ilə bağlı məlumat daxil olub.
Bildirilir
ki, Məhəmməd Ramazanov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə
uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Gerasim
Rüstəmov təyin edilib.
Bir başqa mənbədən əldə etdiyimiz məlumata
görə, Aydın Bəşirov “Kaspar”ın baş həkiminin işdən çıxarılmasını
narahatlıqla qarşılayıb. Bunak səbəb onun “gəmiçilik şefi” olarkən
adıçəkilən xəstəxanada baş verən bir çox qanunsuzluqlardır.
Qeyd edək
ki, A.Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasını və onun poliklinika,
ambulatoriya, pediatriya və s. bölmələrini Səhiyyə Nazirliyindən alaraq
onları maliyyələşdirəcəyi barədə öhdəlik götürmüşdü. Lakin XDGİ rəisi
Nazirlər Kabineti qarşısında götürdüyü öhdəlikləri uzun illər yerinə
yetirmədim. Hətta iki ilə əvvəl Bəşirovun “Kaspar”ı bağlamaq istədiyi
barədə məlumat da yayılmışdı.
Ümumiyyətlə, sabiq “gəmiçilik şefi”nin
adıçəkilən xəstəxana həkimləri ilə münasibətləri qaydasında olmayıb və
çoxsaylı qalmaqallara yol açıb. Bir neçə dəfə kollegiya iclaslarında
xəstəxananın şöbə müdirləri ilə rəhbərlik arasında qarşıdurma baş
verdiyini ötən illərdə mətbuatda yer alan informasiyalardan yaxşı
bilirik.
Ən önəmli iddia isə ondan ibarətdir ki, Aydın Bəşirovun
vaxtında xəstəxananın maliyyələçşdirilməsi istiqamətində ayrılan pullar
qeyri-şəffaf xərclənib, yəni ciddi yeyinti mənbələrindən birinə
çevrilib. Nəticədə xəstəxananın tibbi personalı çox minimavl şərtlər
altında fəaliyyət göstərmək məcburiyyətində qalıb.
Bundan başqa
“Kaspar” xəstəxanasının təmiri və maddi-texniki təchizatı ilə bağlı
xərcləndiyi bildirilən vəsaitlərin əhəmiyyətli hissəsinin də əslində
korrupsiya predmetinə çevrildiyinə dair iddialar mütəmadi olaraq
səsləndirilib.
Hətta xəstəxananın tibbi avadanlıqlarının satılması ilə bağlı da müəyyən vaxtlarda narazılıqlar ortaya çıxıb.
Elə
bu səbəbdən də indi Aydın Bəşirovun sözügedən xəstəxananın
rəhbərliyinin dəyişdirilməsindən ciddi narahatlıq keçirdiyi vurğulanır.
Hesab edilir ki, “Kaspar” xəstəxanasının yeni rəhbərliyinin xəstəxananın
ötən illərdəki fəaliyyətinin təftişinə başlaması ortaya ciddi
qanunsuzluq faktları çıxara bilər. Bu isə görəvindən alındıqdan sonra
hətta həbs təhlükəsi ilə üz-üzə qalan Bəşirov barədə əlavə
kompromatların meydana çıxması deməkdir.
Belədə sabiq “gəmiçilik şefi”nin cəzalandırılması ilə bağlı versiyaların yenidən gündəmə gəlməsi qətiyyən istisna edilməməlidir.
Bəşirovu
narahat edən başqa məqam heç bir tibbi təhsili olmadığı halda bir
müddət xəstəxanada rəhbər vəzifədə çalışan oğlunun dövründəki neqativ
halların da təftiş predmeti olacağıdır. Belədə isə keçmiş gəmiçilik
rəisinin oğlunun da sorğu-sualla üzləşməsi qaçılmaz ola bilər.
Təbii ki, bütün bunlar quru iddialardır. Onların nə qədər real olub-olmadığını isə bizə zaman göstərəcək. Yaşayıb görərik.
Short URL: http://www.cumhuriyyet.net/?p=8684