Əli Kərimlidən Əliyevlər rejimi haqda sərt sözlər

təkcə Azərbaycan xalqı ilə deyil, bütün mədəni, sivil dünya ilə
qarşıdurmaya gedir
“2005-ci ildə Avropa ölkələrinin birinin Xarici İşlər Nazirliyində
keçirdiyim görüş ciddi mübahisəyə çevrilmişdi (yeri gəlmişkən, bu mənim
hələ xarici səfərlər edə bildiyim sonuncu il idi. 2006-cı ildən hökumət
mənə pasport verməməklə xarici səfərlərimin qarşısını alır). O zaman
həmin ölkənin yüksək çinli diplomatı iddia edirdi ki, İlham Əliyev
tezliklə ölkədə ciddi islahatlar həyata keçirəcək və s. Adam o zamankı
hökumət təbliğatının təsirinə düşmüşdü. O zaman hakimiyyət belə bir şit
təbliğat aparırdı ki, İlham Əliyev gəncdir, ingilisdillidir,
qərbyönümlüdür, ölkədə ciddi demokratik islahatlar aparacaq.
Yadınızdadır? Əlbəttə, real müxalifət və xalqın böyük hissəsi bunun belə
olmadığını bilirdi. Təkcə 2003-cü ildə onun hakimiyyətə necə zorakılıq
və saxtakarlıqla gəldiyini görmək kifayət edirdi ki, ölkəni hansı
qaranlıq perspektivlərin gözlədiyini biləsən. Amma o zaman Qərbdə
tamamilə başqa əhval-ruhiyyə, başqa gözləntilər var idi. Verilən vədlər
işini görmüşdü.
Vəd olunmuş islahatlar İlham Əliyev hakimiyyətininin ilk illərində
reallaşmadıqda isə yeni bəhanə işə düşdü. Bir neçə il də “atasından ona
miras qalmış köhnə komanda islahatların həyata keçirilməsində İlham
Əliyevə mane olur” nağılı ilə Qərbin başını qatdılar. Bu dəfə də
islahatların İlham Əliyevin şəxsi hakimiyyətini möhkəmlətməsindən
sonraya qaldığını vəd etdilər. İlham Əliyev şəxsi hakimiyyətini
möhkəmləndirib, özünü ikinci dəfə də prezident “seçdirdikdən” sonra isə
qərara gəldi ki, bu islahat söhbətini ümumiyyətlə bitirmək lazımdır,
onsuz da Qərbdə hər şey alınıb-satılır. Puluna minnət deyil? Beləliklə,
islahat söhbəti rəsmi leksikondan çıxarıldı. Əvəzində “kürü
diplomatiyası” çiçəkləndi. Hökumət nümayəndələri bütün dünya boyu bahalı
lobbiçilik fəaliyyətinə pul səpələməyə başladı. İtaliyadan, Fransadan
Almaniyaya qədər “kasıb” Avropanın muzeylərini, qəsrlərini, kilsələrini
təmir etdirmək kimi Qərbi ələ alma layihələrinə start verildi.
bilərdi, əgər Ərəb inqilabları, sosial şəbəkələr Qərbin özünü də
dəyişməsəydi. Devrilən oğru diktatorların qərbli siyasətçilərlə
alverləri ortaya çıxdıqca, Qərb cəmiyyəti silkələndi. Başa düşdülər ki,
təkcə kasıb xalqlarının qanı-canı bahasına milyarder olmuş Şərq
diktatorları deyil, şəxsi mənafe, korrupsiya şərikliyi naminə belə
diktatorları böyüdüb-bəsləmiş qərbli siyasətçi və diplomatlar da
mənəviyyatsız və oğrudurlar.
Düzdür, xeyli vaxt keçdi. Amma hamını satın almaq və bu yolla
həqiqəti gizlətmək mümkün olmadı. Son bir neçə ildə Qərb mətbuatında,
beynəlxalq təşkilatların hesabatlarında İlham Əliyevin əməllərindən,
idarəetməsindən nə yazılmayıb? Etiraf etmək lazımdır ki, məsələn, İlham
Əliyev və ailəsinə aid olan mülkiyyət, ölkədən çıxarılmış 48 milyard
dollar pul, korrupsiya piramidasının detalları haqqında məlumatları indi
Azərbaycan ictimaiyyəti Qərb mətbuatından alır.
Bugünlərdə isə ABŞ-ın nüfuzlu xarici siyasət jurnalı “Foreign Policy”
İlham Əliyev hakimiyyətini mafiyanın “xaç atası” kimi simvollaşmış
əfsanəvi Karleoni ailəsi ilə eyniləşdirdi. “Wikileaks”dən bizə məlumdur
ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Bakıdan
Vaşinqtona yazdığı hesabatlarda belə bənzətmədən istifadə etmişdi. Amma
qəbul etmək lazımdır ki, bu artıq yeni mərhələdir. Biri var, səfir
əvəzinin öz rəhbərliyinə yazdığı gizli məktubda istifadə olunan
bənzətmə, biri də var dünyanın nüfuzlu xarici siyasət jurnalının
milyonlarla oxucuya təqdimatı.
Yenə bugünlərdə Qafqaz və Qarabağ üzrə tanınmış araşdırıcı Tomas de
Vaal öz məqaləsində Azərbaycanda vəziyyətin hətta Rusiya və Belarusdan
da pis olduğunu əsaslandırdı.
İlham Əliyev diktatorların, avtoritar liderlərin yolu ilə davam edir –
təkcə Azərbaycan xalqı ilə deyil, bütün mədəni, sivil dünya ilə
qarşıdurmaya gedir. Zaman keçdikcə bütün yalanlar ifşa olunur,
illüziyalar dağılır. Təəssüf ki, bütün bunlar xalqımıza itirilmiş illər,
tar-mar edilmiş milli sərvətlər, saysız-hesabsız insan məhrumiyyətləri
hesabına başa gəlir. Zaman maşınını sürətləndirmək isə ilk növbədə
xalqımızın əlindədir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8696