Azərbaycanla bağlı korrupsiya qalmaqalı Avropa mediasında

21.06.2014 - 09:51

Azərbaycanla bağlı korrupsiya qalmaqalı Avstriya mediasının gündəmində…

Azərbaycanla bağlı korrupsiya qalmaqalı Avstriya mediasının gündəmində… 
 
 
Avstriya Mərkəzi Bankının sabiq rəhbəri Azərbaycandan alınan pulun 20 faizinin aqibəti barədə suala necə reaksiya verib?

“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Avstriya mətbuatında
Azərbaycan Mərkəzi Bankının bu ölkədə pul çapı ilə bağlı korrupsiya
qalmaqalı barədə növbəti yazı dərc olunub. “Der Standard”ın bu mövzuda
yayımladığı məqaləni tərcüməsini təqdim edirik.

Xatırladaq ki, hazırda bu korrupsiya qalmaqalı Vyana məhkəməsində
araşdırılır. Pul əskinaslarının çapına Nəzarət Idarəsi hələ 2007-ci ilin
sonundan korrupsiya mövzusunu ortaya çıxarsa da, “Causa OeBS” (Avstriya
Mərkəzi Bankının pul əskinaslarının çapı ilə məşğul olan törəmə
şirkəti) bu məsələ ilə yalnız 2011-ci ildə maraqlanmağa başladı. Cümə
axşamı “Causa OeBS”-də rəsmi müzakirə keçirilsə də, korrupsiya
qalmaqalında adı keçən Azərbaycan Mərkəzi Bankı ilə planlaşdırılmış
videokonfrans baş tutmadı. Çünki Bakıdakı rəsmi nümayəndə hakim Rixter
Olşakaya “Biz heç bir video-konfrans planlaşdırmamışıq” cavabını verib.

Məhkəmənin rəsmi qərarı avqustun 5-də elan ediləcək. Avstriya Milli
Bankı və onun tabeçiliyində olan Causa OeBS-nin işini daha dərindən
araşdırmağa ehtiyac qalmır. Bankın sabiq meneceri və Volfqanq Duxatçek
(OeBS-nin keçmiş icraçı direktoru və Avstriya Milli Bankının sədr
müavini) Azərbaycan və Suriya ilə müqaviləyə görə rüşvət almaqda ittiham
olunurlar. Üç sabiq menecerin üzərindən ittiham götürülərək, günahsız
olduqları təsdiqlənib.

Avstriya Mərkəzi Bankının keçmiş direktoru və OeBS-nin Nəzarət
Komitəsinin rəhbəri Piter Zöllner məhkəmədə şahid qismində iştirak edib.
Sual ondan ibarətdir ki, bu insanların komissiya ödənişi adı altında
təkrar-təkrar aldıqları rüşvət xarakterli ola bilərdimi?

Zöllner həmçinin 2007-ci ildə “Siemens” firmasının ətrafında baş
verən korrupsiya qalmaqalını yada saldı və OeBS probleminin böyüyərək
“Siemens” konfliktinə çevrilə biləcəyini vurğuladı. O zaman da media bu
mövzu ilə bombardman edilmişdi. Azərbaycanla müqavilədən 20 faiz
komissiya alınması mövzusuna gəlincə, Avstriya Mərkəzi Bankının sabiq
direktoru sualdan yayındı. Təxminən 2008-ci ildən Azərbaycan üçün
“ikiqat” məbləğin tətbiqi barədə məlumatlandırıldığını dedi. Zöllner
tərəfindən məhkəməyə təqdim olunan 2005-ci ilə aid nəzarət
protokollarında konkret olaraq 16 milyon avro məbləğində kontrakt
göstərilmişdi ki, bu kontraktın komissiyası 2,8 milyon avro təşkil edib.

“Mən müvafiq bank faizlərini bu məbləğdən çıxmamışam. Dediyim kimi,
söhbət 10 ilə 20 faiz arasında bir məbləğdən gedir”, – deyə hazırda
Isveç Bankında çalışan Zöllner qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8699

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31