Məscidin minarəsindən xaç asdılar

21.06.2014 - 10:04

Bolqarıstanın paytaxtı Sofiya şəhərindən
200 km cənubda yerləşən Qetse Delçev şəhərindəki tarixi “Qaraca Paşa”
məscidinin minarəsinə naməlum şəxslər təxminən 2 metrlik taxta xaç asıb.
Blaqoevqrad bölgə müftisi baş vermiş hadisəni kəskin pisləyib.
“Müsəlman
icmasının məruz qaldığı belə hücumlar istisnai hərəkət və adi bir
cinayət kimi yox, İslamın əleyhində, böyük hadisələrə səbəb ola biləcək
cinayət kimi görülməlidir. Dinlərarası insidentlərə səbəb olan, milli
təhlükəsizliyə səbəb ola biləcək bu kimi hadisələr dövlət hüquq-mühafizə
orqanları tərəfindən araşdırılmalı, cinayəti törədənlər ədalət
qarşısında cavab verməlidir”.
Bundan
başqa müfti ibadət yerlərinin mühafizəsi və baş verə biləcək hücumların
qarşısının alınması üçün dövlət rəsmilərinə müraciət edib.(ANS PRESS)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031