Qafqaz Universitetində yanğın olub
Ötən gecə Qafqaz Universitetində yanğın olub.
Hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.
Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Universitetin inzibati
işlər üzrə müdiri Sultan Rüstəmov bildirib ki, yanğın
universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki
soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş
verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.
Yanğın zamanı 10 tələbə təxliyə olunub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən
verdiyi məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın
yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1
ədəd soyuducusu yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 tələbə
yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Yataqxana yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan
hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının
genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8702