Gələn həftə Qafqazın taleyi müəyyənləşəcək

21.06.2014 - 11:05

“Ermənistandan Rusiyaya gedəcək dəmiryolu açılmazsa, avtomatik olaraq İrəvanı bütün məhsulların qiymətinin bahalaşması gözləyir”.
Bu açıqlama ilə erməni analitiki Naira Ayrumyan çıxış edib. O, Lavrovun Ermənistana səfərinin Sərkisyandan Gürcüstan görüşlərinin hesabatını soruşmaq məqsədi daşıdığını söyləyib: “Ermənistandan Rusiyaya gedəcək dəmiryolu mühüm əhəmiyyət daşıyır. Bu olmasa, İrəvanı bütün məhsulların qiymətinin avtomatik bahalaşması gözləyir. Gürcülər təbii ki, bu yolu açmayacaqlar. Çünki bir həftə sonra Avropa İttifaqının assosiativ üzvü olurlar. Bundan sonra isə onların rusların təkərinə biz soxmaq üçün bəhanə axtarmağa ehtiyac qalmayacaq. Görünür, Lavrov da buna görə iyunun 22-də Ermənistana gəlir. İrəvanda Sərkisyandan hesabat soruşulacaq. Artıq bölgədə Ermənistan üçün heç də uğur gətirməyəcək siyasi proseslər başlayır. Bu həftə regional proseslər üçün ən ağır gün olacaq. Rusiya Azərbaycan və Türkiyə vasitəsilə İranın Avropaya gedəcək kəmərlərinin qarşısını alacaq. Çox güman ki, Bakıda bu məsələ artıq razılaşdırılıb. Gürcülər isə Rusiyadan Ermənistana gedəcək dəmiryolu xəttini açmayacaqlar. Bütün bunların fonunda bölgədə istənilən hadisə baş verə bilər. Amma sonda yenə uduzan Ermənistan olacaq”(axar.az).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8704

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031