Hökumət xarici QHT-lərin çərçivəsini daraldır

21.06.2014 - 11:10

Onlar da yerli QHT-lərlə eyni qaydada maliyyə hesabatı verəcək

Onlar da yerli QHT-lərlə eyni qaydada maliyyə hesabatı verəcək

 

 

 

Azərbaycanda
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və
nümayəndəlikləri bundan sonra yerli QHT ilə eyni qaydada illik maliyyə
hesabatları təqdim edəcək.

APA-nın
məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qeyri-hökumət
təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim
edilməsi qaydası”na müvafiq dəyişiklik edib.

Digər
dəyişikliyə əsasən, pul vəsaitlərinin hərəkəti haqqında hesabata ianə
edilən pul vəsaitlərinin bank hesabına (bank hesabının rekvizitləri
açıqlanmaqla) köçürmə yolu ilə və (və ya) nağd şəkildə qəbul edilmiş
məbləği də daxil edilməlidir.

İllik maliyyə
hesabatlarının təqdim edilməsi qaydasında da dəyişiklik edilib.
Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü
başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq
Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Qeyri-hökumət
təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim
etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq
etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair
göstəriş verir. Dəyişikliyə əsasən, bundan sonra bu müddətdə hesabat
təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri İnzibati
Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

Eyni
zamanda Maliyyə Nazirliyi təqdim olunmuş maliyyə hesabatlarına əsasən
fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları,
habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Ədliyyə
Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir.

 
 
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8706

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031