İhsanoğlu yenidən ortaya çıxdı

21.06.2014 - 11:14

Türkiyədə CHP və MHP-nin prezidentliyə namizəd olaraq təklif etdiyi Ekmələddin İhsanoğlu yayımladığı video ilə rəsmi Tvitter hesabını açıqlayıb.
Axar.az xəbər verir ki, “Yutub” video paylaşım saytında video yayımlayan İhsanoğlu mesajında belə deyib: “Mənim adıma açılan müxtəlif Tvitter hesablarından mənə aid olmayan bəyənatların yayımlanmasından sonra fərziyyələrə son nöqtəni qoymaq istədim”.
İhsanoğlu paylaşdığı videoda bunları da qeyd edib: “Sizinlə əhəmiyyətli bir qeydi paylaşmaq istəyirəm. Mənim rəsmi Tvitter hesabım “@profdrihsanoglu”dur. Bundan başqa adıma olan bütün Tvitter hesabları saxtadır, lütfən onlara etibar etməyin, təşəkkür edirəm”.
İhsanoğlu dünən məsciddən çıxarkən etdiyi açıqlamada adına bir neçə saxta Tvitter hesabının açıldığını bildirərək, belə demişdi: “Şəxsi Tvitter və Feysbuk hesabım yoxdur. Yaxın günlərdə açacağıq. Adıma açılan profillərlə əlaqədar şikayət edəcəyik. Tvitter hesabımı yaxında mətbuata bildirəcəyik”.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=8707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31