Ruslar sanksiyalardan şikayət edir

21.06.2014 - 12:09

 

Moskva Ukrayna böhranı üzündən ABŞ və Avropa İttifaqının ona tətbiq etdiyi sanksiyalardan şikayət edir.

Baş
nazir Dmitri Medvedev Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT)
sanksiyaların beynəlxalq qanunlara və DTT nizamnaməsinə zidd olması
barədə “kommünike” göndərib. Cənab Medvedev rəsmi şikayətin yaxın
günlərdə təqdim olunacağını bildirib.

Baş nazir
eyni zamanda qeyd edib ki, Kremlin strategiyasının müvəffəq olacağı
şansları azdır, çünki ABŞ DTT-də böyük nüfuza malikdir.

Qərb
Rusiya liderlərinə və təşkilatlarına qarşı Krım ilhaq edildikdən sonra
sanksiyalar tətbiq edib.  “Böyük Yeddilər” o vaxtdan bəri Ukraynanın
daxili işlərinə qarışmaqda davam edən Rusiyaya qarşı sanksiyaları
gücləndirməyi nəzərdən keçirirlər. 

Sanksiyalara
şəxslərə qarşı visa qadağaları və Ukraynaya siyasi və iqtisadi
təzyiqlərdə iştirakı güman edilən şirkətlərə qarşı cəzalandırıcı ölçülər
daxildir.  Bəzi rus şirkətlərinin Qərbdəki banklara çıxışları
dondurulub.  Visa və MasterCard qlobal kredit şirkətləri Rusiyadakı
fəaliyyətlərini dayandırıblar (“Amerikanın səsi”).

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8711

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031