ARDNŞ şefi öz funksiyasını indi anlayır?

21.06.2014 - 16:00

Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”

“Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  (ARDNŞ ) prezidenti
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri,
bağçaları və “Araz kursları” MMC-nin fəaliyyətinin dayandırılmasına
münasibət bildirib.
APA-nın məlumatına görə, R. Abdullayev
dövlətin imkanlarının geniş olduğunu və Təhsil Nazirliyinin bu sahədə
böyük işlər gördüyünü deyib.
“Biz düşünürük ki, ARDNŞ-in bu sahə
ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil
Nazirliyi təhsillə məşğul olmalıdır”, – deyə R. Abdullayev bildirib.

Maraqlıdır, görəsən R.Abdullayev əvvəldən bu fikirdə olub, yoxsa
neftçinin neft çıxarmalı olduğunu təzəlikcə anlayıb? Axı ictimaiyyətin
“Gülən məktəbləri” kimi tanıdığı təhsil müəssisələri bir az əvvəl
ARDNŞ-in tabeçiliyinə verilmişdi. Əcəba niyə onda R.Abdullayev bundan
imtina edərək demədi ki, təhsillə Təhsil Nazirliyinin məşğul olmalıdır.

Əgər ARDNŞ şefi öz funksiyasını indi anlamayıbsa, onda ortada bircə variant qalır: onda elə məsləhət idi, indi də belə demək…

Short URL: http://www.cumhuriyyet.net/?p=8713

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31