Azərbaycan Belarusu geridə qoydu
Belarusda hüquq müdafiəçisi həbsdən buraxıldı, Azərbaycanda isə təqib edilir
Belarusda hüquq
müdafiəçisi Ales Belyatski həbsdən azad edilib. Bu barədə yerli mətbuata
hüquq müdafiəçisinin həyat yoldaşı məlumat verib.Qeyd edək ki,
Ales Belyatski 2011-ci ilin avqustun 4-də həbs edilib və külli miqdarda
gəlirlərini gizlətdiyinə görə əmlakı müsadirə olunmaqla 4,5 il müddətinə
azadlıqdan məhrum edilib.
Cinayət təqibi üçün
əsas kimi Belyatskinin xarici banklardakı hesabları götürülüb. Bu
vəsaitlər Ədliyyə Nazirliyinin qeydiyyata almağa imtina etdiyi “Vyasna”
hüquq müdafiə təşkilatının fəaliyyətinə sərf edilib.
Hüquq müdafiəçisi 2012-2014-cü illərdə üç dəfə vicdan məhbusu kimi tanınıb və Nobel mükafatına namizədliyi irəli sürülüb.
Belarus
rəhbərliyinin bu davranışı Azərbaycan hakimiyyətinə də nümunə olmalıdır.
Avtoritar rejimin hökm sürdüyü Belarusda hüquq müdafiəçilərini həbsdən
azad edildiyi halda Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul
olanlar təqib və həbs olunmaqdadır.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8714