Azərbaycanda həkim səhlənkarlığının törətdiyi daha bir faciə…
“Həkim səhlənkarlığı ucbatından həyat yoldaşım yataq xəstəsinə çevrilib”.

bildirib ki, arvadı Aytən Məmmədovanın ürəyində ağrılar yaranıb. Bundan
sonra həyat yoldaşını Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada
A. Məmmədovanın ürəyi müayinə olunub və kardioloq Azər Qasımov da onlara
heç bir narahatlığın olmadığını deyib.
Məmmədov həkimin diqanozu səhv qoyduğunu və problemin də bundan sonra
yarandığını qeyd edib: “Azər Qasımov dedi ki, həyat yoldaşımın ürəyində
heç bir problem yoxdur. O, sadəcə qalxanabənzər vəzinin (zob)
xəstəliyindən əziyyət çəkir. Həkim müalicə yazdı və bir neçə adda
dərmanın qəbul edilməsinin vacibliyini dedi. Lakin “zob”un
olub-olmamasını bilməyimiz üçün rentgen edilmədi. Həkim israrla bildirdi
ki, arvadım yazdığı dərmanları qəbul edərsə, proses sağalmağa doğru
gedəcək”.
Azər Qasımov təyin etdiyi müalicə proseduru əsasında yazdığı həbləri
qəbul etməyə başlayıb: “Aytın müalicəyə başlayandan 10 gün keçdikdən
sonra vəziyyəti pisləşdi. Dərhal təcili yardıma müraciət etdim və
rayonda özəl xəstəxanaların birinə apardıq. Həyat yoldaşım burada
yenidən müayinədən keçdi. Bizə bildirildi ki, həyat yoldaşımda “zob”
xəstəliyi olmayıb. Azər Qasımovun qoyduğu diqanoz həyat yoldaşımın
vəziyyətini pisləşdirib. Onun yazdığı dərmanlar ürəyinə mənfi təsir
göstərib. Hazırda arvadım yataq xəstəsinə çevrilib. Bu vəziyyət isə
sinir sistemində də ciddi pozuntular yaradıb. Yoldaşımın Bakıdakı
klinikalarda müalicə alması üçün imkanım yoxdur. Təəssüf ki, həkim Azər
Qasımov isə təyin etdiyi müalicənin doğru olduğunu israr edir. O dedi
ki, kimə istəyirsən şikayət et, heç kimdən qorxmuram”.
bildirib ki, Rahib Məmmədov kimlərinsə təhriki ilə ona qarşı təxribat
törədir: “Belə davam edəcəyi halda onu məhkəməyə verəcəyəm. Aytən
Məmmədovaya təyin etdiyim diaqnozda isə yalışlıq yoxdur. Çünki Aytən
xanımda “zob”la yanaşı, ürəyində də bəzi problemlər var”.
vurğulayıb ki, onun təyin etdiyi diaqnoz və yazdığı dərmanlardan A.
Məmmədovaya heç bir zərər gəlməyib: “Mən artıq bu peşədən və özümdən
bezmişəm. Bilmirəm kimə nə deyim. Kimdə nə baş verirsə həkimin üzərinə
yıxır. Bu vəziyyət artıq dözümsüz həttə çatıb. Buna çox təəssüflənirəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8715