AYB-dən naxçıvanlı yazarlara cavab verildi: “İradları əsassızdır…”

“Azərbaycan Yazıçılar Birliyinin sədri öz fəaliyyətini Naxçıvansız təsəvvür edə bilər, amma…” Qurumun mətbuat xidmətinin rəhbəri
Xəyal Rza modern.az-a açıqlamasında Naxçıvan Yazıçılar Birliyinin
iradlarını təkzib edərək bildirib ki, əksinə, bütün bölmələr arasında ən
böyük heyət NYB-dən olub: “Azərbaycan Yazıçılar Birliyini dəvət etdiyi
bütün bölmələrin nümayəndəliyinə eyni doğma münasibəti göstərib.
Hamısına
hörmət və sevgi ilə yanaşıb. Orada irad bildirilib ki, AYB Naxçıvan
Yazıçılar Birliyindən ayrı fəaliyyət göstərmək istəyi ilə bağlı irad
bildirilib. Əgər AYB bunu istəsə idi, heç orada öz bölməsini yaratmazdı.
Eyni zamanda bütün bölmələrə 3 nümayəndə dəvət olunduğu halda,
Naxçıvandan 8 nəfəri dəvət etməzdilər.
Bütün
bunlar Naxçıvan bölməsinə olan diqqət və sayğının göstəricisidir.
Yubileyə dəvət olunmamaları barəsində də iradları var. Onu deyə bilərik
ki, əgər müraciət etsəydilər təbii ki, müsbət qarşılanardı. Həm də
yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirildi və
əsasən də xarici qonaqlar üçün nəzərdə tutulmuşdu. Qurultaydakı
çıxışlara gəlincə isə qabaqcadan proqram hazırlanmışdı. əsasən xarici
qonaqların , prezident aparatı və nazirliyin işçilərinin çıxışlarına
əsas yer ayrıldı. Protokol qaydasından da kənara çıxmaq mümkün deyildi”.
* * *
13:19
“Azərbaycan Yazıçılar Birliyinin sədri öz fəaliyyətini Naxçıvansız təsəvvür edə bilər, amma…”
Naxçıvan Yazıçılar Birliyinin bir neçə üzvü Azərbaycan Yazıçılar birliyinə müraciət edib.
Lent.az-a daxil olan müraciətdə bildirilir:
“Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən Naxçıvan Muxtar
Respublikasında yaradıcılıq təşkilatlarının birlikləri fəaliyyət
göstərir. Digər yaradıcılıq birliklərindən fərqli olaraq Naxçıvan
Yazıçılar Birliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında yaradıcılıq
əlaqələrinin yaradılması mümkün olmamışdır. Naxçıvan Yazıçılar Birliyi
tərəfindən bununla bağlı göstərilən təşəbbüslər də cavabsız qalmışdır.
Rəsmi dəvət göndərilməsinə baxmayaraq, Naxçıvan Yazıçılar Birliyinin
2012-ci il oktyabrın 19-da keçirilən konfransında Azərbaycan Yazıçılar
Birliyinin nümayəndələri iştirak etməmiş, konfransa müraciət
göndərilməmişdir. Nəzərə almaq lazımdır ki, Naxçıvan Muxtar
Respublikasında yaradıcı ziyalılar birliyinin fəaliyyət göstərməsi
muxtar respublika ədəbi mühitinin inkişafına, ümumilikdə isə Azərbaycan
ədəbiyyatının inkişafına öz töhfəsini vermək məqsədinə xidmət edir. Son
illər Naxçıvan Yazıçılar Birliyi üzvlərinin 2000-ə yaxın kitabı çap
olunmuşdur ki, bunların da 100-dən artığı uşaq ədəbiyyatına aiddir.
Naxçıvan Yazıçılar Birliyi üzvlərinin 31 nəfəri Azərbaycanın və Naxçıvan
Muxtar Respublikasının orden, medal və fəxri adlarına layiq
görülmüşdür. Yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması üçün
təsis edilən “Prezident mükafatı”na isə namizədlərin verilməsi
proseduru, nədənsə Naxçıvan ədəbi mühitini də əhatə etmir.
Bununla bağlı Naxçıvan Yazıçılar Birliyinin verdiyi təkliflər Azərbaycan Yazıçılar
Birliyi tərəfindən nəzərə alınmır. 2014-cü il iyunun 17-də Azərbaycan
Yazıçılar Birliyinin XII Qurultayı, bir gün sonra isə Azərbaycan
Yazıçılar Birliyinin 80 illik yubileyi keçirilmişdir. Qurultaya Naxçıvan
Yazıçılar Birliyinin 8 üzvü dəvət olunmuşdur. Naxçıvandan gələn üzvlərə
də lazımi münasibət göstərilməmiş, onlar üçün qurultay nümayəndələri
sırasında deyil, iştirakçılar sırasında yer ayrılmış, Naxçıvan Yazıçılar
Birliyi üzvlərinin qurultayda çıxışı təmin edilməmiş, birliyin seçkili
orqanlarına muxtar respublika yaradıcı ziyalılarından bir nəfər də olsun
daxil edilməmişdir. Bundan başqa Azərbaycan Yazıçılar Birliyinin 80
illik yubiley tədbirinə də Naxçıvan Yazıçılar Birliyinin üzvləri dəvət
edilməmişlər. Naxçıvan Yazıçılar Birliyi bu günə qədər keçirilən
müxtəlif səviyyəli tədbirlərdən kənar qalmışdır.
Naxçıvan
Muxtar Respublikasında ədəbi mühitin inkişafına stimul vermək, burada
yaşayıb-yaradan yazıçı və şairlərin fəaliyyətini dəstəkləmək vəzifə və
bununla yanaşı, ən azından vətəndaşlıq borcu olmalıdır. Lakin bütün
bunların əksinə olaraq Azərbaycan Yazıçılar Birliyinin mövqeyi heç
cür başa düşülən deyil. Azərbaycan Yazıçılar Birliyinin sədri öz
fəaliyyətini Naxçıvansız təsəvvür edə bilər. Lakin Naxçıvan Yazıçılar
Birliyi həmişə olduğu kimi, bundan sonra da Azərbaycan Yazıçılar Birliyi
ilə birgə fəaliyyət göstərəcəkdir.
Naxçıvan Yazıçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayında iştirak edən nümayəndələri:
1.
Asim Yadigar, Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan MR-in
əməkdar mədəniyyət işçisi, Naxçıvan MR-in Ali Məclisinin deputatı
2. Həsənalı Eyvazlı, şair, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi,
3.
Vaqif Məmmədov, şair, Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə
fəlsəfə doktoru, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi,
4. Qafar Qərib, şair, AMEA Naxçıvan Bölməsinin “Tusi” Nəşriyyatının direktoru, “Nuh yurdu” qzetinin redaktoru,
5. İbrahim Yusifoğlu, şair, “Şərur qönçələri” ədəbi birliyinin rəhbəri
6. Elbəyi Maqsudov , şair, filologiya elmləri doktoru, professor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri
7. Elxan Məmmədov, şair, AMEA Naxçıvan bölməsinin əməkdaşı
8. Tural Həsənli yazıçı, Naxçıvan Yazıçılar Birliyi Gənclər Təşkilatının rəhbəri

Short URL: http://www.cumhuriyyet.net/?p=8716