Azərbaycan ordusu erməniləri belə güllələyir

21.06.2014 - 17:38

Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttinin qərb istiqamətində intensiv atışmalar davam edir.

Virtualaz.org saytı xəbər verir ki, bir gün əvvəl
Ermənistan ordusunun mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndi
şiddətli atəşə məruz qalmışdı və biri uşaq olmaqla üç dinc sakin
yaralanmışdı.

Erməni tərəfinin yaydığı məlumatdan bəlli olur ki, Azərbaycan ordusu
da düşmənin bu atəşlərini cavabsız qoymayıb və Ermənistan ordusunun
Tavuş  vilayəti, Aykepar kəndi istiqamətindəki mövqelərinə iriçaplı
silahlardan şiddətli cavab atəşi açıb.

Aykepar kəndinin rəhbəri Andranik Aydınyan aysor.am saytına bildirib
ki, Azərbaycan ordusunun mövqelərindən Ermənistan silahlı qüvvələrinin
mövqeləri iyunun 20-də saat 18-dən 19:30-a qədər atəşə tutulub.

“Bizim hərbçilərimizin cavab atəşindən sonra atışma dayandı” – deyə Aydınyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi əsasən iriçaplı silahlardan
atəş açırdı: “Bir neçə gün əvvəl də atırdılar. Güllələr beşmərtəbəli evə
dəydi, həyətdə də uşaqlar oynayırdı”.

Sayt bu ilin aprelində baş verən atışmalardan birinin kadrlarını da
yayıb. Həmin kadrlarda Aykepar kəndində barəsində söhbət gedən
beşmərtəbəli evin atəşə tutulması əks olunur.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31