Əliyev rejimi Britaniya siyasətçilərini necə “ovlayır”?
“Britaniyanın 12 deputatı son seçkilərdən sonra Azərbaycan lobbisinin
qonaqpərvərlik təklifləri nəticəsində, insan haqları ilə bağlı ən sərt
ittihamlara baxmayaraq, diktatura rejiminin idarə etdiyi Azərbaycan
elitasından on minlərlə funt-sterlinq götürüb”.
Bu sətirlər
Nyu-Yorkdan idarə olunan “BuzzFeed” saytında Azərbaycan hökumətinin
“kürü diplomatiyası” ilə Britaniya elitasına nüfuz etməsi haqda
məqaləsində yer alıb.
Sayt bu yaxınlarda İlham Əliyev hökumətinin ABŞ-da eyni istiqamətdəki fəaliyyəti haqda da ifşaedici məqalə dərc etmişdi.
Budəfəki məqalədə yazılır ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS)
Britaniyalı deputatların Azərbaycana səfərini təşkil edərək, guya
hansısa məsləhəçilik müqabilində, hər saatına görə onlara 300 funt
ödəyib. Deputatlardan bəziləri Azərbaycanla ticari əlaqələr barədə
hökumətə, o cümlədən baş nazirə ünvanlanan narahat suallar
ünvanlayıblar. “Narahatlıq ondan ibarətdir ki, bu dikaktatura ölkəsi
İngiltərə hökumətinə təsir imkanlarını satın ala bilər. Bu avtoritar
ölkə hökumətinin tənqidçilərindən olan deputatlardan biri Pol Filinn
deyir ki, Azərbaycan ictimai əlaqələr mövzusunda olduqca fəallaşıb və
hətta parlamentdən deputatlar qrupunu götürərək “kürü səfərləri”nə
aparır”, – deyə sayt yazır.
Məqalədə qeyd olunur ki, Avropa Azərbaycan Cəmiyyəti müstəqil
təşkilat olduğunu vurğulamağı xoşlayır. Amma hələ 2010-cu ildə ABŞ
səfirliyi ilə sızıdırlan xəbərlərdə təsdiq edilirdi ki, bu, Azərbaycanın
hədsiz dərəcədə zəngin elitasının maraqlarına uyğun qurulan və onun
maraqlarına dəstək verən bir təşkilatdır.
“Britaniya İcmalar
Palatasında Azərbaycanın ən qatı tərəfdarı Mühafizəkarlardan olan
deputat Kristofer Pinçerdir və o, Azərbaycanla ilgili parlament qrupuna
rəhbərlik edir. 2012-ci və 2013-cü illərdə Avropa Azərbaycan Cəmiyyəti
onun Azərbaycana səfərləri üçün 7000 funtdan artıq pul ödəyib. Bu ayın
əvvəllərində Pinçer baş nazir Devid Kamerona bu ölkə ilə neft və qaz
ticari əməliyyatlarının artırılması ilə bağlı sorğu da yollayıb. Daha
əvvəl Pinçer Britaniya Xarici İşlər Nazirinin Azərbaycana səfərini
lobbiləşdirmiş və Azərbaycanda insan haqlarının durmu ilə bağlı
parlamentdəki müzakirələrdə fəal iştirak etmişdi. Britaniya
patrlamentinin Energetika komitəsinin üzvü və Britaniyanın neft-qaz
təchizatı ilə bağlı məsələlərə də müdaxilə etmək səlahiyyəti olan Pinçer
rəhbərlik etdiyi deputat lobbi qrupunun fəaliyyəti ilə bağlı açıq
danışır”, – deyə “BuzzFeed” yazır.
Sayt Pinçerin rəyini öyrənmək istəsə də, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Məqalədə daha sonra bildirilir ki, bu arada Mühafizəkarlar
Partiyasından olan daha bir deputat Mark Field Avropa Azərbaycan
Cəmiyyətinə 8 saatlıq konsultasiya üçün hər saatı 312 funt olmaqla pul
alıb. 2012-ci ilin yayında o, parlamentdə çıxışı zamanı nazirlərə
ünvanladığı suallarla Britaniya hökumətinin Azərbaycanda yetərli
investisiya qoyduğunu şübhə altına alıb. O, Azərbaycanın alternativ
enerji qaynaqları ilə dəyərli olduğunu bildirib. Mark Field “BuzzFeed”ə
bildirib ki, bu cür yaramaz sayılan ölkələrlə əlaqələri genişləndirmək
lazımdır. “Mənə belə gəlir ki, əgər siz də deputatların bu qəbildən olan
ölkələrlə əlaqəsini istisna edirsinizsə, o zaman Yer kürəsinin üçdə
ikisini xəritədən silməlisiniz. Əksinə, Azərbaycan kimi ölkələrlə
əlaqələrdən faydalanmaq lazımdır”. Field əlavə edib ki, xarici
dövlətlərin bu cür səfərləri maliyyələşdirilməsi prosesin tərkib
hissəsidir. Amma Paul Flinn bildirir ki, deputatların xarixci ölkələrdən
pul alaraq səfərlər etməsi doğru deyil, çünki bu cür tədbirlər üçün bir
çox qlobal təsisatlar, o cümlədən beynəlxalq Parlament Assosiasiyası,
Avropa Parlamenti kimi qurumlar mövcuddur. Vestminster Hollda
müzakirələr zamanı Paul Flinn altından xətt çəkərək bildirib ki,
Azərbaycanın lehinə yalnız o deputatlar danışır ki, onlar bu cür
səfərlərdə iştirak ediblər.
Sayt xəbər verir ki, 2010-cu ildən başlayaraq Avropa Azərbaycan
Cəmiyyətinin maliyyələşdirdiyi proqram üzrə Azərbaycana səfər edən
Britaniya deputatları bunlardır: sabiq müdafiə naziri Liam Foks və onun
Mühafizəkarlar Partiyasından olan kolleqaları- Mark Menzis, Kristofer
Pinçer, Ceyson Makkartni, Endrü Stivenson, Kreyq Uittaker, Bob Blakman,
Nik de Bua. SNP-dən olan Anqus Makneyl və Leyboristlərdən olan Stiven
Hepbern də bu siyahıdadır. Daha bir deputat, Ceremi Lefroy isə
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası tərəfindən
maliyyələşdirilən səfərdə iştirak etməkdə və Azərbaycandakı avtoritar
rejimə dəstək verməkdə ittiham olunur. 2012-ci ildə isə leyborist Fiona
Maktaqqart da 100 funt hədiyyə alıb.
“Avropa Azərbaycan Cəmiyyətinin sədri və qurucusu olan Taleh
Heydərovun atası Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə hallar
naziridir və “Caspian Fish Company”ni də idarə etdiyinə görə kürü və
nərə balığı istehsalına nəzarət onun əlindədir. Cəmiyyət bizim
sorğularımıza cavab vermədi. Hamının bildiyi kimi, Azərbaycanda kobud
bir korrupsiya və diktatura rejimi mövcuddur. “The Washington Post”
bildirir ki, ötən il keçirilən prezident seçkilərinin nəticələri
əvvəlcədən İlham Əliyevin xeyrinə saxtalaşdırılıb. İlham Əliyev
hakimiyyəti 2003-cü ildə 1993-cü ildən prezident olan atasılndan miras
olaraq qəbul edib. Son seçkilərdə isə beynəlxalq müşahidəçilər seçki
günü və bütün seçki mərhələləri üzrə çox ciddi pozuntuların olduğunu
qeydə alıblar”, – deyə məqalədə bildirilir.
Tacəddin Lətifov, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=8723