Həccə gedənlərə xəbərdarlıq
Zəvvarlar qeyri-qanuni əməllərinə görə edam oluna bilər
zamanı qeyri-qanuni əməllərə yol verməmələri barədə xəbərdarlıq edilir.
Xəbərdarlığı pozanlar Səudiyyə Ərəbistanının qanunları ilə
cəzalandırılacaqlar.
ağırlığından asılı olaraq, edam da nəzərdə tutulur. QMİ-dən APA-ya
verilən məlumata görə, xəbərdarlıq zəvvarlara paylanacaq viza sənədləri
arasında olacaq. Zəvvarlar xəbərdarlıqla tanış olduqlarına dair imza da
atacaqlar.
ibarətdir ki, ziyarət zamanı zəvvarlar spirtli içki qəbul etməməli,
zinaya yol verməməli, hansısa siyasi və dini təriqətə qoşulmamalı, ölümə
səbəb olan və digər ziyanverici hərəkətlərdən, eyni zamanda hər hansı
siyasi aksiyalardan, toplumlardan uzaq durmalıdırlar. Əks halda,
Səudiyyə Ərəbistanının qanunvericiliyinə uyğun cəzalanacaqlar.
edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvota artıq
dolub. Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk
gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla,
uçuşlar sentyabrın 28-dək davam edəcək.
qayıdış isə Qurban bayramından 5 gün sonraya – təxminən oktyabrın
10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın
4-5-də qeyd olunacaq.
getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb.
Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və
gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi
ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli
olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.
Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş
verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə
bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial
Aviation Service) aviaşirkəti həyata keçirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8724