İmtahandan kəsilən gənc müəllim özünü asdı
Salyan rayonunun Kürsəngi kəndində intihar hadisəsi baş verib
Hadisə dünən baş verib. Müəllimlər arasında keçirilən müsabiqədə zəif
nəticə göstərən 1990-cı il təvəllüdlü Nəcəfov İntiqam Səyyar oğlu
intihar edib. Sabirabadda müəllim işləyən İntiqam Nəcəfov Təhsil
Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üçün keçirilən müsabiqədə
iştirak edib. İ.Nəcəfov müsabiqədən yaxşı nəticə toplayaraq öz
kəndlərinə təyinat almaq istəyib. Lakin topladığı nəticə onun bu
istəyini reallaşdırmasına yetməyib. Gənc müəllim nişanlısına zəng edərək
hallallıq istəyib və telefonu söndürüb. Nişanlısı İ.Nəcəfova təkrar
zəng etsə də zənglərinə cavab ala bilməyib. İ.Nəcəfovun ailəsinə xəbər
verildikdə isə artıq gec olub. Ailəsi gənc müəllimin tövlədə asılmış
meyitini tapıb.
İ.Nəcəfovun yaxınlarda toyu olacaqmış. Saatlı Rayon Polis Şöbəsindən virtualaz.org saytına faktı təsdiqləyiblər.
Xatırladaq
ki, iyunun 18-i və 20-də ibtidai sinif müəllimləri arasında müsabiqə
keçirilib. Müsabiqədə ingilis dili və informatika, biologiya, coğrafiya
və kimya müəllimləri iştirak ediblər. Müsabiqədə ümumi təhsil
müəssisələri və peşə liseylərində işləyən müəllimlər bir rayondan
(şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə üçün yaxşı nəticə toplamalı
idilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8725