Rusiya sanksiyalardan şikayət edir

21.06.2014 - 18:50

Rusiya sanksiyalardan şikayət edirMoskva Ukrayna böhranı üzündən ABŞ və Avropa İttifaqının ona tətbiq etdiyi sanksiyalardan şikayət edir.

Baş
nazir Dmitri Medvedev Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT)
sanksiyaların beynəlxalq qanunlara və DTT nizamnaməsinə zidd olması
barədə “kommünike” göndərib. Cənab Medvedev rəsmi şikayətin yaxın
günlərdə təqdim olunacağını bildirib.
Baş nazir eyni zamanda qeyd
edib ki, Kremlin strategiyasının müvəffəq olacağı şansları azdır, çünki
ABŞ DTT-də böyük nüfuza malikdir.
Qərb Rusiya liderlərinə və
təşkilatlarına qarşı Krım ilhaq edildikdən sonra sanksiyalar tətbiq
edib.  Böyük Yeddilər o vaxtdan bəri Ukraynanın daxili işlərinə
qarışmaqda davam edən Rusiyaya qarşı sanksiyaları gücləndirməyi nəzərdən
keçirirlər.
Sanksiyalara şəxslərə qarşı visa qadağaları və
Ukraynaya siyasi və iqtisadi təzyiqlərdə iştirakı güman edilən
şirkətlərə qarşı cəzalandırıcı ölçülər daxildir.  Bəzi rus şirkətlərinin
Qərbdəki banklara çıxışları dondurulub.  Visa və MasterCard qlobal
kredit şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırıblar (“Amerikanın
səsi”).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031