Ermənistan Rusiya qazından imtina etmək istəyir
Vardan Ayvazyan “Qazprom”u kəskin tənqid edib
qaz nəqliyyat sisteminin öyrənilməsi üzrə parlament komissiyasının
sədri Vardan Ayvazyan heyrətə səbəb olan açıqlama ilə çıxış edib.
PRESS-in məlumatına görə, hazırda İran və Orta Asiyadan qaz almaq üzrə
alternativ variantlara baxılır. “İstənilən halda, İrandan daxil olan
qazın artırılması qərarı veriləcək”, – deyə Ayvazyan vurğulayır.
Ayvazyan əsas səhmləri “Qazprom”a məxsus “Armrosqazprom”u da kəskin
tənqid edib. Onun sözlərinə görə, 12% xalis mənfəət əldə edən şirkət
səhmlərin 20%-nin sahibi olan Ermənistan hökumətinə dividend ödəməyib.
bu məqam erməni şərhçilərinin diqqətindən yayınmayıb. Onların fikrincə,
indiyə kimi “Qazprom”un özbaşınalıqlarına göz yuman erməni hökuməti
axır ki, dillənmək qərarına gəlib. Ermənistanda müqavimət görməyən
“Qazprom” iyulun 1-dən tarifləri qaldırmağı təklif edib. Çünki Rusiyanın
daxili bazarında qazın qiyməti qalxır, Ermənistanın qaz qiymətləri də
məhz bundan asılıdır.
Ermənistanın üçüncü ölkələrdən qaz almasına qadağa qoyur. Həm də
Ermənistan “Qazprom”la ilkin razılaşma zamanı müəyyən edilmiş həcmdən az
qaz aldığına görə cərimə ödəməyə məhkumdur. İlkin razılaşmaya görə,
İrəvan Rusiyadan 2,5 mlrd. kubmetr qaz almalıdır.
ölkə hətta AES-i və su elektrik stansiyalarını bağlayıb qazı keçsə
belə, 1,7 mlrd. kubmetrdən artıq qaz istehlak edə bilmir. İrəvan ilin
sonunda qəbul etmədiyi 0,8 mlrd. kubmetr qaza görə mütləq cərimə
ödəməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8732