Bu günün Ulduz falı
əlverişli olacaq. Başladığınız işləri bitirin. Danışıqlar müsbət nəticə
verəcək. Alış-veriş və sövdələşmələr, anlaşmalar üçün münasib zamandır.
saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Əhvalınız
pisləşməsin. Qıcıqlı və hirsli olmayın, səbrsizlik etməyin.
Kəmhövsələlik edərək təxribatlara uymayın. Ən adi zarafatdan inciməyin.
Münaqişə və mübahisələr riski böyükdür.
etdiyiniz insanları indi işlərinizə cəlb etsəniz, əhəmiyyətli
irəliləyişlərə nail ola bilərsiniz.
fon pis deyil. Əhvalınız yaxşı olacaq. Yaranan suallara cavabları
sürətlə tapın. Yaşam təcrübəniz və intuisiya sizə yardımçı olacaq.
Maliyyə məsələlərinin həlli, anlaşmalar və sövdələşmələr, ev üçün zəruri
nəsnələrin alınması üçün münasib zamandır.
səbəbdən də planlaşdırılan işləri vaxtında başa vurmaq, işlə bağlı
danışıq və müzakirələrdə arzuolunan nəticəyə çatmaq çətindir. Maliyyə
çətinlikləri istisna deyil. Ödəniş və gəlirlərdə gecikmələr ola bilər.
ikinci yarısında uğurlar, şəxsi münasibətlərdə dəyişikliklər olacaq.
Səfər pis olmayacaq. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.
təbəddülatlı, qarışıq gündür. Çətinliklər olacaq, amma onların
öhdəsindən gələcəksiniz. Qətiyyətli olun, iradəli davranın. Zəiflik və
nöqsanlarınızın əsiri olmayaraq səylə çalışın, qüvvənizi əsirgəməyin.
Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Yeni tərəfdaşlarla
əməkdaşlıq asan olmasa da, yaxşı nəticələr verəcək.
həyatınızdakı dəyişikliklər yalnız sizin təşəbbüsünüzdən sonra yaşana
bilər. Fəaliyyətə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin.
Hədəf və məqsədlərin dəqiqləşdirilməsi sizi izafi əməkdən,
çətinliklərdən xilas edər.
uğursuz gündür. Heç nə istədiyiniz kimi alınmır. Əsla gözləmədiyiniz
yerdə və zamanda belə, problemlər yaranır. İşdə həmkarlar və rəhbərliklə
mübahisələr istisna deyil. Ən əlverişsiz vaxtda problemlər, münaqişəli
situasiyalar yaranır. Mühüm və aktual saydığınız işlə məşğul ola
bilmirsiniz.
nöqsan və zəifliklərinizlə barışmaq istəmirlər. Bu adamların
tənqidlərinin yalnız bir qismi konstruktivdir. Nəzərdə tutulmamış
xərclər ola bilər. Alış-verişdə bədxərclik etməyin.
planlar böyük, genişmiqyaslıdır. Lakin onların hamısını nəzərdə tutulan
formada və intensivlikdə həyata keçirmək mümkün deyil. Etibar etdiyiniz
isanların məsləhətlərinə, təcrübəli dostların dediklərinə qulaq asın.
Başqalarının yaşam təcrübəsindən bəhrələnməkdən vaz keçməyin. Böyük
məbləğdə xərc və ya sərmayə tələb edən işləri təxirə salın.
bilərsiniz. Yaxşı tanımadığınız insanlara sirlərinizi etibar etməyin.
Situasiyanı anlamağa çalışanda bütün nüansları nəzərə alın. Ünsiyyət
çevrənizi bir qədər məhdudlaşdırın.
yaxşılaşmağa başlayacaq. Axşam saatlarına yaxın müsbət təmayüllərin
təsiri artacaq. Xoş sürprizlər, hədiyyələr istisna deyil. Yaşam
potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
da, nüfuzlu insanlar sizin tərəfinizi tutacaq, ən çətin məsələlərin
öhdəsindən gəlməyinizə yardım edəcəklər. İşgüzar səfərlər uğursuz alına
bilər. Onları təxirə salmaq çətindirsə, yanınızda etibar etdiyiniz
insanı, müttəfiqi aparın.
yaxşıdır. Yaxınlarınızla dil tapın. Yeni tanışlarınızda özünüzlə bağlı
xoş təəssürat yaratmağa çalışın. Təmir, interyerin yenilənməsi, köç və
ya köçə hazırlıq üçün əlverişli zamandır.
baxışdan işlər normaldır. Çalışın, bütün diqqəti həll olunması gərəkən
problemlərə yönəldin. Hiss və həyəcanlar arxa plana keçməlidir.
müttəfiqlər sizə yardım edəcəklər. Axşam saatları gözlənilməz görüş və
yeni tanışlıqlar zamanıdır. Ünsiyyətdə olduğunuz insanlar sizdə xoş
hisslər yaratsa da, onlara inanmağa tələsməyin. Yeni tanışların hamısı
etimada layiq insanlar deyil.
fərqli olaraq daha intensiv çalışın. İstirahət və əyləncəni təxirə
salın. Ön planda iş olmalı, məqsəd və hədəflərə çatmalısınız. Ehtiyatlı,
sərvaxt olun, yolunuzdan sapmayın.
məhsuldar və maraqlı gündür. Vaxtınızı boş işlərə səf etməyin. Hər
dəqiqədən maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Belədə
rəqiblərlə müqayisədə daha yaxşı nəticələrə nail ola bilərsiniz.
Uğurlarınıza paxıllıq edən olacaq. Amma rəqiblər və bədxahlar sizə mane
ola bilməyəcəklər.
təsiri artır. Münaqişələr olmayacaq. Çoxdan bəri həllini gözləyən
problemləri çözə bilərsiniz. Yeni tanışlıqlar və romantik münasibətlər
üçün əlverişli zamandır. Sevdiyiniz insanla həssas, qayğıkeş olun.
xatırladacaqlar. Sınanmış işgüzar tərəfdaşlardan birinin təkliflərini
müzakirə etmək mümkündür. İşlərinizdə süstlüyə və tənbəlliyə yol
verməyin.
və danışıqlar onları poza bilər. Ona görə də nə qədər çətin olsa da,
“yox” deməyi bacarın.
yüksəkdir. Lakin qida rasionunuza fikir verin. Kulinar eksperimentlər
aparmayın, adi təamlarla kifayətlənin. Axşam saatlarındakı gəzinti
yuxusuzluqdan qurtulmağa yardım edər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8735