İŞİD Türkiyəyə hücum etdi

22.06.2014 - 00:25

Türk silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi
“İraq Şam İslam Dövləti” qruplaşması İraq hüdudlarında bəzi sərhədyanı bölgələri zəbt edərək, artıq Türkiyə sərhədinə çatıb. Belə ki, İraqın Kaim bölgəsini ələ keçirdikdən sonra terrorçular Suriyaya aid, Türkiyə sərhədində yerləşən bəzi yaşayış məntəqlərini hədəf seçiblər.
Hücumlarına ara verməyən İŞİD yaraqlıları Suriyanın Türkiyə ilə sərhədində yerləşən Qamışlı kəndinə minatanlarla hücum edib. Bu hücum Türkiyə və Almaniya xarici işlər nazirlərinin bölgədəki vəziyyətlə bağlı fəal müzakirələr apardığı, İŞİD-lə bağlı sərt bəyanatlar səsləndirdikləri vaxta təsadüf edir.
Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, yaranmış vəziyyət Türkiyə silahlı qüvvələrini hərəkətə keçməyə vadar edib. Ordu rəhbərliyi Türkiyə-Suriya sərhədində partlayış səsləri eşidilən kimi sərhəd qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Türk əsgərləri dərhal sərhədə cəmləşdirilib.
Bundan başqa Suriya Hərbi Hava Qüvvələrinin helikopterləri, Ordu qüvvələrinin bölükləri dərhal əraziyə göndərilib. Bölgədən arasıkəsilmədən silah səsləri eşidilib. Partlayışlar nəticəsində ölən və ya yaralananlar haqqında məlumat verilmir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8737

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031