Ərdoğandan Gülənə qarşı terror ittihamı
Fransada səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan orda
yaşayan türklər qarşısında çıxış edərkən dövlət içində dövlət
siyasətindən danışıb.
ANS TV-nin məlumatına görə, birbaşa Amerika Birləşmiş Ştatlarının
Pensilvaniya ştatına, orda yaşayan Hizmət hərəkatının lideri Fətullah
Gülənə səslənərək bu ifadələri işlədib: “Pensilvaniyada oturub dövlətlər
içində dövlət qurmaq istəyənin qarşısına mən çıxacam”.
Ərdoğan, hətta Türkiyədə həyata keçirilmək istəyən bəzi terror
aktlarının arxasında da məhz Fətullah Gülənin dayandığını söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8741