Stalinin bakılı arvadı haqda

qeydlərinin birində yazırdı: “Mən bilirəm ki, ölümümdən sonra mənim
məzarıma çoxlu sayda zibil atacaqlar, amma tarixin küləyi amansızcasına
onları dağıdacaq”.
bilirdi ki, o, nəinki ictimai həyatda, beynəlxalq siyasi arenada, hətta
şəxsi ailəsi daxilində belə, çoxsaylı fəsadların səbəbkarıdır. 1961-ci
ildə də keçirilən müşavirədə nəşinin Mavzoleydən qaldırılması ilə bağlı
çıxışlarda da bu amillər qeyd olunurdu. Doğrudur, orada daha çox
Stalini Lenin ideyalarına sadiq qalmadığı üçün tənqid edirdilər. Amma
insanlığa vurduğu zərbələr də təbii ki, unudulmurdu. Hansı zərbələr ki,
özünü ailə daxilində də əks etdirirdi. Bu fəsadların ən ağırını yaşayan
isə diktatorun ikinci xanımı əslən Bakıdan olan Nadejda Alliluyeva idi.
liderlərindən biri olan İosif Stalinin ikinci xanımı Nadejda
Alliluyevadan danışacaq.
O,
Stalinlə 14 il birgə həyat yaşadı. Məhz 14 ildən sonra, o, həyatındakı
dözülməz hallara tab gətirməyərək intihar edib. 1932-ci ildə ürəyinə
odlu silahdan atəş açaraq ölüb. İntihar etməzdən bir gün əvvəl isə
Stalinə onunla həyatın dözülməz olduğunu və boşanmaq istədiyini
deyibmiş…
diktatorun birinci evliliyinə də nəzər salaq: O, ilk dəfə 1904-cü ildə
gürcü əsilli Yekaterina Svanidze ilə ailə həyatı qurub. İlk evliliyin
ömrü çox qısa olub. Yekaterina 1907-ci ildə vərəm xəstəliyi səbəbindən
dünyasını dəyişib. İlk nikahdan Yakov adlı oğlu olub ki, sonradan onun
barəsində yaranacaq müharibə əfsanələri ilə daha da məşhurlaşıb. Bu
həmin Yakov idi ki, əsir düşən zaman Stalin “bir əsgəri heç vaxt
feldmarşala dəyişmərəm” deyərək doğma oğlunun ölümünə səbəb olmuşdu.
feldmarşalı Paulyusla dəyişməyi təklif etsələr də, Stalin oğlunun ölümü
ilə nəticələnən qərar qəbul edib.
məsələlər üzrə Xalq Komissarlığında çalışan Nadejda Alliluyeva idi.
Nadejda elə bu səbəbdən soyadını dəyişdirmir. Əslən bakılı olan bu
xanımla rəsmi nikah 1919-cu il martın 24-də bağlanıb. Bu nikahdan iki
uşaq – Vasili və Svetlana dünyaya gəlib. Vasili Böyük Vətən müharibəsi
illərində general-leytenant kimi SSRİ-nin müxtəlif nöqtələrinin, eləcə
də Moskvanın havadan müdafiəsində böyük xidmətlər göstərib. Stalinin
vəfatından sonra həbs olunan Vasili 1960-cı ildə azadlığa çıxsa da, çox
yaşamıb. Elə həmin il də dünyasını dəyişib. Qızı isə məcburiyyət
qarşısında qalaraq, 1967-ci ildə Amerika səfirliyindən siyasi sığınacaq
istəyərək, orada yaşayıb.
Nikita Xruşşovla eyni kursda oxumuş xanım aktiv ictimai şəxs kimi
“İnqilab və mədəniyyət” jurnalı, “Pravda” qəzeti ilə yaxından əməkdaşlıq
edib. Bu xanımın Stalinlə 14 il birgə yaşaması və sonda intihar edərək
özünü öldürməsi barədə yuxarıda məlumat verdik.
etməsi və bu intiharın səbəbləri barəsində çox maraqlı qeydlərlə çıxış
edib. Onun da fikrincə, Nadejdanı məhz Stalinin qəddarlığı məhv edib:
qarşı da amansız olub. 1932-ci ilin noyabrın 8-də Nadejda Alliluyeva
“Valter” tapançası ilə özünü güllələyib. İntihara səbəb bir gün əvvəl
Voroşilovun mənzilində ziyafət zamanı aralarındakı kiçik mübahisə olub.
Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti tərk edərək evə qayıdıb,
Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da,
o, bu zənglərə məhəl qoymayıb.
ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.
edib ki, Nadejdanı güllələsin. Daha bir versiya isə Nadejda
Alliluyevanın xəstəliyi, dözülməz baş ağrılarından əziyyət çəkməsi olub.
Onun ölümündən sonra otağından yazılmış məktub tapılıb. Bu məktubda
şəxsi hisslərdən çox, hakimiyyət haqqında ittihamlar öz əksini tapıb.
Stalin məktubda yazılanlardan belə qənaətə gəlib ki, Nadejda Alliluyeva
üzdə özünü dövlətə yaxın bir insan kimi göstərsə də, o, daxilən hələ lap
gənc yaşlarından Stalinə və onun rəhbərlik etdiyi dövlətə müxalif
mövqedə olub. Dəfn günü həyat yoldaşı ilə sonuncu görüş üçün Stalin
tabuta yaxınlaşanda, qəfil fikrini dəyişib, əlinin arxası ilə tabutu
itələyib, geri qayıdıb.”
Bakıda dəfn olunması ilə bağlıdır. Amma məsələ barəsində əlaqə
saxladığımız bir neçə tədqiqatçı birmənalı olaraq bu faktı təkzib etdi.

rəsmi nigahda olduğu həyat Yekaterina Svanidze olub. Ancaq Stalinin bir
xüsusiyyəti olub. Gəncliyindən, emosionallığından, Qafqaz qanının
daşıyıcısından irəli gələrək, qadın cinsinə ehtirası, marağı çox olub.
Harada sürgündə olurdusa, orada bir xanımla tanış olmalı idi. Sonrakı
mərhələlərdə həm Rusiya, həm də Azərbaycan tədqiqatçıları bu barədə
araşdırma aparıb. Mən özüm də “Kreml rəhbərlərinin psixoloji
portretləri” adlı kitabımın Stalinlə bağlı bölməsində bu məsələni
müəyyən qədər açmışam. Onun ikinci həyat yoldaşından Svetlana
Alliluyeva adlı bir qızı var. Ancaq Stalin yetərincə qadın aludəçisi
olduğundan, mənbələrə görə, onun rəsmi bildiyimizdən artıq övladları
olub. Birinci nikahından xanımı Yekaterina Svanidze Stalinin inqilabçı
dostunun bacısı olub. Onunla da həyat qurub. İkinci nikahdan olan
qadınının qəbrinin Bakıda olub-olmaması haqda məlumat yoxdur. Heç mən
buna inanmıram. Ola bilər ki, burada qaldığı müddətdə hər hansı xanımla
yaxın ünsiyyətdə olub”.
diktatorlar kimi qadına xüsusi simpatiyası olan Stalinin Bakıda işlədiyi
vaxt bəlkə də evləndiyi, sonradan isə asanlıqla tərk etdiyi bir qadın
hazırda Bakının hansısa məzarlığında uyuyur. Çünki tarix həmişə
diktatorların əməlləri üzərinə qalın bir yorğan örtür…
Stalinin qızı Svetlana
Short URL: http://www.cumhuriyyet.net/?p=8753