Bakıda vəhhabi əməliyyatlarının şok təfərrüatları
“Aşurbəy” məscidində saxlanılan
sələfilərdən Hacıbala Abutalıbovun oğlu barəsində ifadə alındığı
deyilir; ekspertlər isə həyəcan təbili çalır – əməliyyatlar
intensivləşdirilsin!..
“Aşurbəy” məscidində saxlanılan
sələfilərdən Hacıbala Abutalıbovun oğlu barəsində ifadə alındığı
deyilir; ekspertlər isə həyəcan təbili çalır – əməliyyatlar
intensivləşdirilsin!..
İyunun
20-də Bakının “Ləzgi məscidi”ndə (“Aşurbəy”) keçirilən əməliyyatla
bağlı sensasiyalı xəbər yayılıb. Axar.az-ın mötəbər qaynaqlardan əldə
etdiyi məlumatda iddia olunur ki, əməliyyat zamanı saxlanan sələfilər
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu
barəsində də sorğu-sual olunublar. Onlardan sələfilərin Bakıda əsas
himayəçilərindən sayılan İsrafil Abutalıbov haqda ifadə alınıb,
əlaqələrin hansı istiqamətdə olması aydınlaşdırılıb.
ki, xüsusi xidmət orqanları İsrafil Abutalıbovun “İraq və Şam İslam
Dövləti” (İSİD) terror qruplaşmasına dəstək verməsi, Suriyaya döyüşməyə
gedən xəvariclərə şərait yaratması barədə informasiyaları incələnir.
ki, ötən cümə günü, cümə namazı vaxtı İçərişəhərdə yerləşən “Aşurbəy”
məscidində Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin
əməkdaşları birgə əməliyyat keçiriblər. Polisə müqavimət göstərən
vəhhabilərdən 20-si saxlanılıb. Əməliyyatla bağlı Daxili İşlər və Milli
Təhlükəsizlik nazirlikləri rəsmi məlumat yaymayıb. Məscidin icmasının
sədri Hacı Faiq Mustafa musavat.com-a deyib ki, iki aydır hüquq-mühafizə
orqanları davamlı məscidə gələrək ibadətlərinə mane olur. Hacı Faiq
Mustafanın sözlərinə görə, məqsəd məscidi bağlamaqdır.
qəsəbəsindəki məsciddə keçirilən əməliyyatda isə maraqlı təfərrüatları
məlum olub. Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin
qafqazinfo-ya verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul
çıxıb.
verən şəxslərin adlarının yazıldığı dəftər də aşkarlanıb. Bundan başqa,
qadağan olunmuş ədəbiyyat da müsadirə edilib. Əməliyyatda iştirak etmiş
şəxs onu da deyib ki, bu gün mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər
vəhhabi saxlanılıb.
təhlükəsizlik nazirinin 1-ci müavini olmuş Sülhəddin Əkbər hesab edir
ki, demokratik qüvvələrin fəaliyyətinin sıxışdırılması nəticəsində
yaranmış boşluğu radikal dini cərəyanlar tutmağa başlayıb. Onun
sözlərinə görə, demokratik düşərgə hakimiyyətə dəfələrlə xəbərdarlıq
edib: “Ancaq müxalifətin xəbərdarlıqlarını qulaqardına vurdular. İndi
Azərbaycanın qapısını əli silahlı, ekstremist qüvvələr döyməyə, təhdid
etməyə başlayıb.
əvvəldən bəyan edirdik ki, sivil müxalifəti, cəmiyyətin ictimai
fəallarını basqı altında saxlamaqla yerinə radikal qanadlar
aktivləşəcək. Artıq hakimiyyət xəvariclərə, sələfilərə, müxtəlif radikal
dini qruplaşmalara təhlükə kimi baxmağa başlayır. Azərbaycanlıların
Suriya və İraqda döyüşlərdə iştirak etməsi təhlükədən xəbər verir. Ona
görə də hakimiyyət hərəkətə keçib. Sadəcə, bu əməliyyatlar profilaktika
xarakteri daşıyır”.
addımlar atılmalıdır: “Belə profilaktik əməliyyatların ciddi effekt
verəcəyini düşünmürəm. Bu əməliyyatlar inzibati cəza ilə
yekunlaşmamalıdır. Kompleks tədbirlər görmək lazımdır.
və daxildə kəşfiyyat işləri aparmaq, sistemli, məqsədyönlü, peşəkar
tədbirlər görmək lazımdır. Çünki bu təhlükə mövcuddur. Azərbaycanlılar
canlarından keçirlər. Bu, ölkəmizə qarşı ciddi çağırışdır. Nümayiş
xətrinə əməliyyatlar həyata keçirmək olmaz. Maliyyə əlaqələrindən
tutmuş, başqa strateji sahələrə qədər kəşfiyyat işləri aparılmalıdır”.
Suriyaya döyüşməyə gedənlərin iqtidar daxilindəki bəzi qruplar
tərəfindən təşkil olunması iddiasına münasibəti isə belə oldu: “Bu,
ciddi iddiadır. Biz əlimizdə fakt, sübut olmadığı halda heç bir fikir
irəli sürə bilmərik. Yalnız məhkəməyə sübutlar təqdim etməklə bu iddianı
araşdırmaq olar”.
Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin
sabiq polkovniki İlham İsmayıl qeyd etdi ki, İŞİD özünü dünyaya
beynəlxalq təşkilat kimi təsdiq etməyə çalışır. Onun qənaətincə, bu
təşkilatın şəbəkəsi genişdir və Azərbaycanda zaman-zaman özlərini
göstəriblər.
“Aşurbəy” məscidindəki əməliyyat heç də imitasiya xarakteri daşımır: “Bu
təhlükə lap əvvəldən mövcuddur. Bir yandan Suriyada döyüşən
azərbaycanlıların geri qayıtması təhlükəsi var, digər tərəfdən də
İŞİD-in güclənməsi burada onların tərəfdarlarını ruhlandırır.
Azərbaycanda onları kimlərin maliyyələşdirməsinin siyahısı da mətbuatda
dərc olunub. Biz əvvəldən müəyyən informasiyalara malik idik. Onlara
həqiqətən yardım edilir”.
ki, hüquq-mühafizə orqanları bu əməliyyatları intensivləşdirməlidir:
“Mosulun ələ keçirilməsi İŞİD-i və onun Azərbaycandakı tərəfdarlarını
ruhlandırıb. Artıq yeni-yeni adamlar qəbul edirlər.
təhlükəni də görən hüquq-mühafizə orqanları həm profilaktik, həm
məqsədli əməliyyat aparıblar. Mən belə fikirləşdirəm ki, bizim güc
strukturları əməliyyatların miqyasını böyütməlidir. Hətta yeri gələndə
imitasiya etmək də olar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8757