Telekanallar Ramiz Mehdiyevin göstərişlərinə məhəl qoymur

22.06.2014 - 15:01

Ramiz Mehdiyevin göstərişi TV-lərə hələ də çatmayıb

Ramiz Mehdiyevin göstərişi TV-lərə hələ də çatmayıb

Yerli telekanalların rəhbərləri Prezident Administrasiyasının
(PA) rəhbəri Ramiz Mehdiyevin iradlarından görünür hələ də nəticə
çıxarmayıb, daha doğrusu, buna məhəl qoymayıblar.

R.Mehdiyevin 2009-cu ilin oktyabrında dərc olunmuş “Azərbaycanın efir
məkanı: problemlər və vəzifələr” adlı məqaləsindən bəzi məqamları yada
salaq.

“Teleradioyayımı həyata keçirən qurumun uğur qazanmasının əsas şərti
balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai
maraqlara xidmət, maarifçilik, cəmiyyətin operativ, obyektiv və
hərtərəfli şəkildə məlumatlandırılması amilləridir” – deyə R.Mehdiyev
yazırdı.

Bundan əlavə, R.Mehdiyev o zaman TV rəhbərlərini tənqid də etmişdi:
“Peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi kimi məsələlər teleradio
qurumlarının rəhbərlərini o qədər də maraqlandırmır…”

Təəssüf ki, R.Mehdiyevin tənqid etdiyi bütün bu məqamlar reallıqdır.
Ən pisi isə odur ki, PA rəhbərinin tənqidlərindən ötən 5 il ərzində
Azərbaycanın efir məkanında heç nə dəyişməyib, göstərilən qüsurların
aradan qaldırılması istiqamətində heç bir iş görülməyib.

Bunun nəticəsidir ki, azərbaycanlı tamaşaçılar xarici, əsasən də türk
və rus telekanallarına baxmağa üstünlük verirlər. “Voice of Azerbaijan”
televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli də bu faktla bağlı
müşahidələrini öz facebook səhifəsində yazıb.

“O gün axşam Bakıda gəzintiyə çıxmışdım. Şəhərin hər yerində, bütün
çayxana, kafe və restoranlarda iri monitorlar quraşdırıblar və hər yerdə
futbol üzrə dünya çempionatının oyunlarını göstərirlər. Amma hər yerdə
də Rusiyanın “РЎРїРѕСЂС‚-1” telekanalı ilə!!!

Şübhə yoxdur ki, ölkənin hər yerində belədir. Bizim ölkənin
vətəndaşlarına hansı telekanala baxmağı qadağan etmək çətindir. Amma bu
ölkə axı “Azərbaycan” adlanır. Dünya çempionatının oyunlarını
translyasiya etmək hüququnu yerli “İdman Azərbaycan” telekanalı alıb,
bunun üçün də nəhəng məbləğdə pul ödənilib. Bəs onda azərbaycanlı
teletamaşaçılar “İdman Azərbaycan”a niyə heç yerdə baxmayıb Rusiya
telekanalına üstünlük verirlər?” – deyə Ş.Eminbəyli sual edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8762

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031