Erməni ədib Azərbaycan Yazıçılar Birliyinin üzvü olmağa qərar verdi
Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri
Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu
quruma müraciət etmək niyyətindədir.
Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri
Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu
quruma müraciət etmək niyyətindədir.
Ermənistan mətbuatının verdiyi xəbərə görə, Lyubik Çibuxçyan
yerli jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Yazıçılar
Birliyinin rəhbərliyi yaxın günlərdə onu qurumun sıralarından
kənarlaşdırmaq niyyətindədir.
“Məni qəsdən elə həddə çatdırırlar ki, qoy mən özüm könüllü
şəkildə Birliyi tərk edim. Mən bunu etməsəm belə, onsuz da, onlar bunu
mənim əvəzimə edəcəklər. Lakin mən Azərbaycan Yazıçılar Birliyinin üzvü
olmaq üçün bu quruma müraciət etməyə qərar vermişəm. Mən bu addımı
atmaq istəmirdim, məni buna məcbur edirlər. Yazıçı həmişə yazıçı olaraq
qalır, onun axı başqa məsələlərə nə aidiyyatı var?” – deyə Çibuxçyan
qeyd edib.
Qeyd edək ki, Lyubik Çibuxçyan bir müddət əvvəl siyasi sığınacaq almaq üçün Azərbaycana müraciət etməyə hazırlaşırdı. Bu
barədə L. Çibuxçyan Ermənistan prezidenti Serj Sarkisyana yazdığı və
“Aravot” qəzetində dərc olunmuş açıq məktubunda bildirmişdi.
L.Çibuxçyan müraciətində S. Sarkisyana artıq 13-cü cavabsız
məktub yazdığını qeyd etmişdi. Həyat yolu və ictimai-siyasi fəaliyyəti
barədə yazan keçmiş müşavir deyib ki, Azərbaycanla müharibə zamanı faizə
pul götürərək yanacaq alıb və Qarabağa daşıyıb: “Sizin adınızdan mənə
mənzil hədiyyə etdilər, amma aydınlaşdı ki, mən xidməti mənzildə
yaşayıram. Qubernator və Seyran Ohanyan məni aldatdılar. Keçmiş
qubernator Pavel Asatryan mənə təqdimat zamanı evin açarlarını verdi və
merə onu özəlləşdirməyi tapşırdı. Amma mer polislərin müşayiəti ilə
gəlib məndən açarı aldı. Bu evdə indi “Armekonombank” yerləşir. Yeni
qubernator işdən çıxmağım haqda ərizə yazdıraraq məni 108 min dram
dilənçi maaşından da məhrum etdi”.
L.Çibuxçyan məktubda xatırladıb ki, S.Sərkisyan onu əməkdar
incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın
təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. O, medalı
S.Sərkisyana qaytaracağını bildirib: “Ermənistanda həya yalnız bir
insanda var – məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə
utanıram. Mən indi Azərbaycandan siyasi sığınacaq xahiş etməyə
hazırlaşıram”.
Qeyd edək ki, L.Çibuxçyanın Putin haqqında 1226 sətirlik və
nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin rekordları kitabına düşüb
(APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=8763