Ermənilər dinc sakini güllələdilər
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Əliyev
Namiq Nofəl oğlu həyətyanı sahəsində işləyərkən ermənilər tərəfindən
vurulub.
Yaralı Tərtər rayon xəstəxanasına çatdırılıb. İlkin məlumatlara görə, Namiq Əliyev ayağından yaralanıb.
Qeyd edək ki, Qafanlı kəndi qoşunların təmas xəttinin yaxınlığında
yerləşir. Erməni yaraqlıları kəndi mütəmadi olaraq atəş altında
saxlayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8766