Tikilməkdə olan bina həyət evlərini yararsız hala saldı

22.06.2014 - 23:55

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

Paytaxtda saat 12 radələrində güclü külək təhülkəli vəziyyət yaratdı.
Hündürmərtəbəli binanın tikintisində istifadə olunan kərpiclərin
aşağıdakı birmərtəbəli yaşayış evlərinin damına düşməsi ağır fəsadlara
yol açıb. Biri uşaq olmaqla, ümumilikdə 5 nəfər xəsarət alıb. Damın
altında qalan yaşlı qadınla uşağın xilası üçün xüsusi əməliyyat
keçirilib.

ANS TV-nin məlumatına görə, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi
115-də tikilməkdə olan hündürmərtəbəli binadan tikinti materiallarının
həyət evlərinə düşməsi nəticəsində mənzillərə ciddi ziyan dəyib. Hadisə
nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə nəticəsində bu evlər yaşayış
üçün yararsız vəziyyətə düşüb. Hazırda burada yaşayan bütün sakinlər
təxliyyə olunub.

Xəsarət alan sakinlərə dərhal Bakı Şəhər Təcilli Tibbi Yardım
stansiyanın həkimləri tərəfindən ilkin yardım edilib. Sakinlər baş
verənlərdən sonra hələ də qorxu içərisindədirlər.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici xidməti
tərəfindən ərazi nəzarətə götürülüb. Təhlükənin hələ də mövcud olduğunu
nəzərə alaraq sakinlər əraziyə buraxılmır. Yasamal Rayonu İcra
Hakimiyyəti ziyan çəkən ailələrə yardım edilməsi və onların yaşayışının
təmin olunması üçün iş aparır. 

Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamovun
sözlərinə görə, hündürmərtəbəli binada təhlükəsizlik qaydalarına əməl
edilməməsi ciddi şəkildə araşdırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31