Əli Kərimli türk liseylərinin bağlanmasından yazdı

23.06.2014 - 00:18

Minlərlə şagird bu qərara görə yüksək təhsil almaq şansını itirəcək.

 
AXCP sədri Əli Kərimli Facebook səhifəsində Azərbaycanda türk liseylərinin bağlanmasını tənqid edib: 

Türk liseyləri haqqında əvvəllər də səhifəmdə yazmışdım. Orada
həqiqətən də bizim gənclərimizə yaxşı təhsil verilirdi. Türk liseylərini
və Araz kurslarını bağlamaq hakimiyyətin səhv qərarıdır. Xüsusilə də
Türk liseyləri ilə müqayisə olunacaq, bu liseyləri əvəz edəcək
məktəblərimiz olmadığı şəraitdə. Bu qərardan sonra Azərbaycan təhsilinin
onsuz da acınacaqlı olan vəziyyəti daha da pisləşəcək. Minlərlə şagird
bu qərara görə yüksək təhsil almaq şansını itirəcək. Təhsilin məhv
edildiyi ölkəmizdə bu liseylərə ümid yeri kimi baxan valideynlərin
pərişanlığını təsəvvür edirəm.

Türk liseylərinin başına gələnlər növbəti dəfə sübut etdi ki,
müstəqil məhkəmənin, hüququn, ədalətin, azad mətbuatın olmadığı
avtoritar rejimlərdə əslində heç kim heç nəyə gerçəkdən sahib deyil.
Adamlar bəzən özlərini aldadırlar ki, nələrisə var və müxtəlif
manevrlərlə özünü, ona məxsus olanları qoruya bilər. Müəyyən hallarda bu
manevrlər nəticə də verir. Amma yalnız bir yerə qədər. Sonda hamıya
növbə çatır. Nə deyirsiz, hamı növbənin şəxsən ona da çatmasını
gözləsinmi?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8771

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031