Emil Məmmədova Avropadan dəstək

23.06.2014 - 01:06

Mustafa Axundov: “Bu həbs bir daha ölkədə hüquq müdafiəçilərinə qarşı təzyiqlərin davam etdiyini göstərir

Mustafa Axundov: “Bu həbs bir daha ölkədə hüquq müdafiəçilərinə qarşı təzyiqlərin davam etdiyini göstərir

 

Azərbaycanın regionlarında hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər davam edir. Hüquq müdafiəçisi Emil Məmmədovun həbsi bu təzyiqlərin davamlı olduğunu bir daha göstərdi. Hazırda mühacirətdə yaşayan Sosial Təşəbbüslər və İnsan Hüquqları İctimai Birliyinin sədri Müstafa Axundov da hesab edir ki, Emil Məmmədovun həbsi qanunsuzdur:
“2007-ci ildə qeydiyyatdan keçən “Demokratiyaya Yardım” İctimai Birliyi Salyan və ətraf rayonlarda vətəndaşların sosial və ekoloji problemlərinin həlli ilə məşğul olub. Yerlərdə həllini tapa bilməyən problemlərin həlli üçün Emil Məmmədov dövlət başçısına və digər aidiyyatı orqanlara müraciət edirdi. O, dəfələrlə Salyan rayonunda ictimai vəsaitlərin xərclənməsində qanunsuzluqlarla bağlı həm dövlət qurumlarına, həm də mətbuata məlumat vermişdi. Bundan sonra Emil Məmmədov dəfələrlə Salyan rayon Polis Şöbəsinə çağırıblar, burada müxtəlif rayon idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham ediblər. O, bu ittihamları uydurma adlandırıb. Bundan sonra “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tərəfindən rayon toplantılarında “xalq düşməni” elan edilib. Bu ilin aprelində Birliyə yeni üzv olan Tofiq Qasımovun qondarma ittihamla (xuliqanlıq maddəsi ilə) həbs edilməsi ilə Emil Məmmədovun həbsinə zəmin hazırlandı. Sonda isə vətəndaş cəmiyyəti fəalı Emil Məmmədov qanunsuz olaraq həbs edilib”.

M.Axundov bildirib ki, Emil Məmmədov ziyalı, yüksək mənəviyyat sahibidir: “Onun fəaliyyəti sayəsində yod zavodunun administrasiyası ilə Neftçala yerli icması arasında ətraf mühitin qorunmasına, Salyanda neft mədəni ilə yerli icma arasında yerli infrastrukturun və ekologiyanın inkişafına dair sazişlər bağlanıb. Bakı-Ələt yolunun inşası zamanı yerli neftçilərin, işçilərin hüquqları müdafiə edilib. Bakı-Ələt yolunun inşası zamanı aşkar edilmiş bardaq şəklində qədim arxeoloji tapıntıların fəhlələr tərəfindən məhv edilməsinin qarşısı Emil Məmmədovun sayəsində alınıb. Fəaliyyət göstərdiyi müddətdə o fədakarlığı və insansevərliyi ilə nəinki Salyan rayonunda, hətta bütün Aran zonasında insanların rəğbətini qazanıb. Emil Məmmədovla bağlı qondarma ittihamların irəli sürülməsi və onun həbs olunması Salyan RİH başçısının korrupsiya fəaliyyətini açıqlamağı ilə birbaşa bağlıdır. Bu həbs vətəndaş cəmiyyəti instututlarının susdurulmasına yönəlik addım kimi qiymətləndirilməlidir. Vətəndaş cəmiyyəti institutu təmsilçisi kimi hüquq müdafiəçisi Emil Məmmədovun qanunsuz həbsini pisləyir və onun azad olunmasını tələb edirik. Bu həbs bir daha ölkədə hüquq müdafiəçilərinə qarşı təzyiqlərin davam etdiyini göstərir”.

M.Axundov
deyir ki, Salyanda həbslər bununla yekunlaşmaya bilər: “Bu həbslər digər hüquq müdafiəçiləri
üçün də bir xəbərdarlıqdır. İnsanların hüquqlarının müdafiəsi ilə məşğul olan,
insan hüquqları pozuntusu, korrupsiya və rüşvətxorluqla bağlı faktları
ictimailəşdirən şəxslər daim təhlükədədir. Əgər ölkəni tərk etməsəm, indii mən
də Salyandakı fəaliyyətimə görə, həbsdə idim”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31