İŞİD-in “küləyi” Azərbaycanı da vurur
Bakıda vəhhabilərə qarşı daha
bir əməliyyat hazırlanır
; Hakimiyyət mümkün təhlükə ünvanlarını hamısını
nəzarətə götürməkdə israrlı görünür, sələfilərin Qaraçuxurdakı ocağı da
hədəfə alındı; təhlükəsizlik tədbirlərinin gücləndirilməsində məqsəd
təkcə profilaktika deyil…
Bakının
Qaraçuxur qəsəbəsində yerləşən vəhhabi məscidində təftiş başlayıb.
Axar.az-a daxil olan məlumatda deyilir ki, hüquq-mühafizə orqanları
“Aşurbəy” və Badamdardakı sələfi ibadət evlərinin ardınca Qaraçuxurda da
əməliyyat planlaşdırır.Artıq bu barədə xəbərdarlıq edildiyi bildirilir.
Xəbərdə əməliyyat tədbirlərinin intensivləşdirilməsinin nəzərdə
tutulduğu iddia olunur.
əsasən, hər gün ibadət vaxtı məscidin içində və qarşısında izdiham
yaşanır. Vaxtilə “Əbu-Bəkr” məscidi önündəki qələbəlik indi Qaraçuxurda
müşahidə olunur.
evində məhdudiyyətdən sonra Qaraçuxura axın daha da artıb. Məlumatlara
görə, məscidin ətrafındakı ticarət köşkləri, iaşə obyektlərinin
əksəriyyəti sələfilərə məxsusdur.
sələfilərin ibadət mərkəzlərinin nəzarət altına götürülməsi, şübhəsiz,
“İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının İraqdakı
hücumları, hörgüt rəhbərliyinin verdiyi son hədələyici bəyanatlar və
həmin bəyanatlarda Türkiyə və Azərbaycanın da hədəf göstərilməsi ilə
birbaşa əlaqəlidir.
təsdiqlənmiş informasiyalara görə, İŞİD-in sıralarında yüzlərlə
azərbaycanlı silahlı döyüşür ki, bu da operativ əməliyyat tədbirlərinin
zəruriliyini xeyli artıran başqa mühüm faktordur. Çünki İŞİD-ə qoşulan
radikal dinçilər əsasən bu cərəyana mənsub olanlardır.
da qeyd edək ki, təhlükəsizlik sahəsində azərbaycanlı ekspertlər Milli
Təhlükəsizlik Nazirliyinin son tədbirlərini müsbət qiymətləndirmiş,
hətta belə addımları daha da intensivləşdirməyin zəruriliyini
vurğulamışdılar. Sahə mütəxəssislərinin qənaətincə, hətta mümkün
təhlükənin görüntüsünü yaratmaq da işin xeyrinə olardı, çünki İŞİD-lə iş
birliyində olan və ya olmaq istəyən qüvvələr özlərini indidən
yığışdırmış olardılar.
Mosulu və bir neçə iri yaşayış məntəqəsini tutan İŞİD-çilər böyük
məbləğdə maliyyə vəsaiti (təxminən yarım milyard dollar) ələ keçiriblər.
isə qonşu regionlarda, o cümlədən Türkiyə və Azərbaycanda gənc
sələfiləri şirnikləndirmək, “verbovka” eləmək baxımından olduqca ciddi
amil rolunda çıxış edə bilər. Yəni paytaxtda aparılan əməliyyat
tədbirləri təkcə profilaktik mahiyyət daşımaya bilər.
kimi, Azərbaycana və Türkiyəyə İŞİD təhlükəsi azalmayıb, bəlkə də
artıb. Dünən isə məlumat yayıldı ki, terrorçu hörgüt artıq Türkiyə
sərhədinə yaxınlaşıb. Belə ki, basqınçıların qardaş ölkə ilə sərhəddə
yerləşən hava limanına hücum etdiyi bildirilirdi. Xəbərə görə, İŞİD
Suriyanın Kamışlı adlanan bölgəsində yerləşən və Bəşər Əsəd hökumətinə
məxsus hava limanına raketlər zərbələri endiriblər. Türkiyə tərəfi isə
həmin ərazinin yaxınlığında olan hərbi güclərinin sayını artırıb. Hadisə
zamanı ölən və yaralananların olması barəsində məlumat verilmir.
Kamışlı adlanan bölgə Türkiyənin Mardin vilayəti ilə həmsərhəddir.
Türkiyədə də təhlükənin ciddiliyini nəzərə alıb real kontur-tədbirlər
hazırlanır, əməliyyatlar həyata keçirilir. Ümumi təhlükənin dəf
edilməsində isə iki qardaş ölkə yəqin ki, həm də ortaq işbirliyindədir.
Bu yöndə gizli xidmətlərin informasiya mübadiləsi xüsusilə kara gələ
bilərdi…(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=8780