Dövlət Statistika Komitəsinin sədri dünyasını dəyişdi

23.06.2014 - 10:11

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Məlumatı Trend-ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.

Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onun dəfni bu gün baş tutacaq.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu
kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma
Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində
işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=8784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31