AŞPA-dan Ermənistana qarşı sanksiya

23.06.2014 - 11:13

AzərTAc xəbər verir ki, iyunun 22-si Strasburqda Avropa Şurası
Parlament Assambleyasının Sədarət Komitəsi toplanıb. İclasda
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun
müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal
altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə
dair” qətnamə layihəsi müzakirə edilib. Qətnamə layihəsində Azərbaycan
ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə
sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin
səsvermə hüququnun dayandırılması və rəhbər orqanlardan çıxarılması
tələb edilir.

Sədarət Komitəsi qətnamə layihəsini növbəti mərhələdə müzakirə və
müvafiq qərarın qəbulu üçün AŞPA Bürosuna göndərib. AŞPA Bürosunun
iyunun 27-də keçiriləcək iclasında qətnamə layihəsi ilə əlaqədar yekun
qərar qəbul olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8786

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031